Accessibility links

Rusiya qoşunlarının Ukrayna yaxınlığında toplanmasına ABŞ-ın sərt şərhləri


Rusiya qoşunlarının Ukrayna yaxınlığında toplanmasına ABŞ-ın sərt şərhləri
please wait

No media source currently available

0:00 0:04:16 0:00

Rusiya qoşunlarının Ukrayna yaxınlığında toplanmasına ABŞ-ın sərt şərhləri

Rusiya Ukraynanı işğal edəcəkmi? Dünyanın gözlədiyi bir vaxt ABŞ və Rusiyanın yüksək səviyyəli diplomatları Birləşmiş Millətlər Təşkilatında üz-üzə gəlib və Prezident Co Bayden ABŞ-ın “nə olursa olsun” hazır olduğuna and içməsi ilə söz güləşi qızışıb.

Moskva ilə Vaşinqton arasında dram dərinləşərkən ABŞ prezidenti Co Baydendən sərt sözlər:

“Biz diplomatiyanı irəliyə doğru ən yaxşı yol kimi görməkdə davam edirik. Lakin Rusiyanın Ukrayna ətrafında öz qüvvələrini artırmağa davam etməsi ilə nə olursa olsun, biz hazırıq”.

Vaşinqton sərt danışır, çünki Rusiya prezidenti Vladimir Putin minlərlə hərbçini Ukrayna sərhədi boyunca - təkcə Rusiya ərazisində deyil, Belarusda da yerləşdirməyə başlayıb.

Ağ Ev bildirir ki, 105 mindən çox rus əsgəri az qala Ukraynanı mühasirəyə alıb. Rusiya Ukraynanın NATO-ya qoşulmaq cəhdinə etiraz edir və kollektiv təhlükəsizlik alyansının ən güclü üzvü olan ABŞ-dan Ukraynanın girişini qadağan etməyi tələb edir.

Birləşmiş Millətlər Təşkilatındakı yüksək səviyyəli ABŞ diplomatı ABŞ və Rusiya arasında aylarla davam edən şəxsi müzakirələrdən sonra Təhlükəsizlik Şurasını məsələni açıq şəkildə müzakirə etməyə çağırıb.

"Avropada üzləşdiyimiz vəziyyət təcili və təhlükəlidir. Ukrayna və BMT-yə üzv olan hər bir dövlət üçün risk bundan yüksək ola bilməz. Rusiyanın hərəkətləri BMT nizamnaməsinin tam ürəyinə zərbə vurur. Bu, bir o qədər aydın və nəticəsi olan təhlükədir. Hər kəsin təsəvvür edə biləcəyi kimi sülh və təhlükəsizliyə”- deyə, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirib.

Rusiya səfiri cavab atəşi açaraq, ölkəsinin işğal niyyətində olmadığını deyib.

“Siz istəyirsiniz ki, [müharibə] baş versin. Bunun baş verməsini gözləyirsiniz, sanki sözlərinizi reallığa çevirmək istəyirsiniz. Bizim bu iddiaları daim rədd etməyimizə və bütün bu müddət ərzində heç bir rusiyalı siyasətçinin və ya ictimai xadimin dilindən Ukraynaya planlaşdırılmış işğal təhlükəsinin səslənməməsinə baxmayaraq”.

Analitik Angela Stent Amerikanın Səsinə Skype vasitəsilə deyib ki, sabit Avropa ABŞ-ın maraqlarının əsasını təşkil edir və NATO üzvü olmayan Ukraynaya 200 milyon dollardan çox təhlükəsizlik yardımı göndərilməsi də bunun bir hissəsidir.

“Bu, təkcə ideologiya deyil, həm də təhlükəsizlikdir. Demək istəyirəm ki, bu, ABŞ-ın maraqlarına cavab verən ittifaqlar sistemi və sabit Avropa qitəsidir. Biz təcrid olunmuş vəziyyətdə yaşamırıq, biz iki qonşu ilə çox böyük bir adayıq, elə deyilmi? Biz bir qitəyik. Deməli, bundan da artıqdır. Söhbət ideologiyadan getmir. Söhbət güc siyasətindən gedir, bu həm də ərazi bütövlüyü və suverenliklə bağlı olan prinsiplərlə bağlıdır”.

Bu arada ABŞ-ın əsas rəqibi olan Çin getdikcə Rusiyaya yaxınlaşıb. Çin 2008-ci il Olimpiadasına ev sahibliyi edərkən Rusiya Gürcüstanı işğal edəndə Pekin öz narazılığını bildirmişdi. Çinin paytaxtı bu həftədən etibarən Qış Oyunlarına ev sahibliyi edəcək.

ABŞ-ın Rusiya və hətta Putinin özünə qarşı ağır sanksiyalarla hədələməsi ilə Moskva Ukraynanı işğal etsə, dünyanın ikinci ən böyük iqtisadiyyatının dəstəyinə ehtiyac duyacaq.

Təhlilçilər deyir ki, Olimpiadanın mərkəzi səhnəyə çıxması və Vaşinqtonun Moskvaya işğalın nəticələrini xatırlatmaqda davam etməsi ilə bu, yavaş-yavaş baş verə bilər.

“Əgər Rusiya Ukraynaya daxil olsa, o zaman ABŞ və digərlərinin gətirəcəyi iqtisadi tədbirlər müəyyən dərəcədə onları Çinlə daha yaxın münasibətlərə sövq edəcək. Uzunmüddətli perspektivdə Rusiyanın iqtisadiyyatına zərər verəcək. Mən burada çox güclü nəticələr görmürəm. Diplomatik nəticənin hələ də masada ola biləcəyini düşünməyimin səbəblərindən biri budur. Lakin Rusiya bizi narahat hiss etdirmək üçün saatın mümkün qədər uzun müddət işləməsinə imkan verməyə çalışacaq” - deyə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Endryu Lohsen bildirib.

Beləliklə, Pekində oyunların başlaması, Ukrayna sərhədinin hər iki tərəfində hərbi yerləşdirmənin davam etməsi ilə uzaq rəqiblər arasında diplomatik qarşıdurma da davam ediəcək.
XS
SM
MD
LG