Accessibility links

Millət vəkili: İran Azərbaycanının misi Kirmana aparılırr, səhv statistika verilir


Şərqi Azərbaycan vilayəti Vərziqan şəhərinin millət vəkili Allahverdi Dehqaninin sözlərinə görə, İran Milli Mis Sənayesi Şirkəti İran Azərbaycanındakı Süngün mədəninin çıxarıla bilən mis miqdarı haqqında səhv statistika verir.

Şərqi Azərbaycanın Vərziqan şəhərində yerləşən Süngün mis mədəni İranın ən önəmli mədənlərindən biri hesab edilir.

Dehqani deyir ki, "bu bölgənin inkişafı üçün investisiya qoyuluşunu əngəlləmək və misi Kirman vilayətinə aparmaq məqsədilə Süngündən çıxarıla bilə mis miqdarı haqqında səhv statistika verirlər."

Depotatın dediklərinə görə, "bu mədən sayəsində hər il Şərqi Azərbaycandan böyük bir kapital Kirman kimi vilayətlərə axır. Ancaq bu bölgənin öz inkişafı və məşğulluğu artırmaq üçün sərmayə yatırılmır. Bu səbəblə bölgəmizin artım və inkişafının yolu qapadılır."

O, bu vəziyyətin Şərqi Azərbaycan vilayəti üçün kədərli və faciəvi olduğunu ifadə edib.

İran Azərbaycanında yerləşən qızıl, mis və digər qiymətli daş mədənlərinin gəliri son aylar ən çox müzakirə edilən mövzulardan biridir. Siyasi fəallar, habelə bəzi millət vəkilləri və yerli siyasətçilər bölgə əhalisinin bu mədənlərin gəlirindən yararlanmadığını önə çəkirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG