Accessibility links

ABŞ Dövlət Departamentinin “2021-ci il Beynəlxalq Din Azadlığı” hesabatında Azərbaycan


ABŞ Dövlət Departamenti iyunun 2-də “2021-ci il Beynəlxalq Din Azadlığı” hesabatını dərc edib.

"2021- ci ildə dünyada dini etiqad azadlığı haqqında məruzə" ABŞ Konqresinə təqdim olunan illik sənəddir ki, burada dünyanın təxminən 200 ölkəsində dini etiqad azadlığının vəziyyəti işıqlandırılır. Ölkələr üzrə bölmələr internetdə yer alıb.

Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, keçən ilin iyununda Prezident İlham Əliyev dini etiqad azadlığı haqqında qanuna 14 düzəliş imzalayıb.

Digər məsələlərlə yanaşı, yeni düzəlişlər uşaqların dini ibadətə məcbur edilməsini, dini ekstremizmin təbliğini, dövlət qulluqçularının dini fəaliyyətlə məşğul olmasını və dövlət qulluqçularının dini fəaliyyətlə məşğul olmasını qadağan edir, rəsmi dini mərkəzlərə dini titulları mənimsəməyə müstəsna hüquq verir və dövlət tərəfindən təsdiq olunmuş dini lider olmadıqda dini icmalardan fəaliyyətini dayandırmağı tələb edir.

"Hökumət düzəlişləri təhlükəsizliyin zəruriliyi ilə əsaslandırıb. Vətəndaş cəmiyyəti təşkilatları bildiriblər ki, dəyişikliklər din məsələlərini tənzimləyən dövlət orqanına, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə, dini qruplar üzərində daha çox nəzarət verib" - deyə, məlumatda deyilir.

Hesabatda xatırladılıb ki, Prezident Əliyev xeyli sayda inanclı fəalı əfv edib.

“Hökumət məhkum edilmiş şəxslərin ölkədə sabitsizlik yaratmaq istəyən şiə “ekstremist konspirologiyası”nın bir hissəsi olduqlarını deyib. Hakimiyyət qeydiyyata alınmamış Müsəlman Hərəkatı Birliyinə bağlı fərdlərə qarşı cinayət işləri açmaqdadır. Hökumət bu hərəkatı ekstremist qrup sayır, İrandan pul almaqda günahlandırılır.Vətəndaş cəmiyyəti və insan haqları fəalları hərəkat üzvlərinin həbsini siyasi motivli hesab edirlər” deyə hesabatda vurğulanır.

Hesabatda deyilir ki, ümumi ictimaiyyət bəzi dini azlıq qruplarını “ənənəvi” (yəni, tarixən ölkədə mövcud olanlar) hesab edir, buraya yəhudilər, rus pravoslar və katoliklər daxildir. Ölkədə nisbətən az tarixi mövcudiyyəti olan dini qruplara isə bəzi fərdlər tərəfindən şübhə və inamsızlığın olduğu deyilir.

Hesabatda o da qeyd olunur ki, Bakıdakı ABŞ səfiri və səfirliyin əməkdaşları QHT-lərin dini baxışlarına görə həbs olunduqlarını dediyi şəxslərin sərbəst buraxılması üçün hökumət rəsmiləri ilə işləyirlər.

Səfir və səfirlik əməkdaşları hökumət rəsmilərini daha kiçik dini icmaların qeydiyyatı ilə bağlı əvvəldən mövcud olan məsələləri həll etməyə çağırırlar.

ABŞ Dövlət Departamentinin “2021-ci il Beynəlxalq Din Azadlığı” hesabatında qeyd edilib ki, sentyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnaməsi qəbul edilib. Azərbaycanın nümayəndə heyəti həmin qətnamənin əleyhinə səs verib.

Hesabatda hər iki ölkənin tarixi, mədəni abidlərinin dağıdılması barədə məlumatlar yer alıb.

Hesabatda Ermənistan Apostol Kilsəsinin yepiskopuna istinadla bildirilir ki, Azərbaycan hökuməti ötən ilin mayından erməni zəvvarları 2020-ci ildən öz nəzarətinə qaytarılmış ərazidəki monastıra buraxmır.

"Azərbaycanlılar isə müharibədən sonra minalı ərazilərdə çoxsaylı məscidləri və dini məkanları ziyarət edə bilmirlər” – hesabatda deyilir.

Azərbaycan hakimiyyəti ölkədə din azadlığı sahəsində ciddi problemlərin olmadığını bildirir, digər hüquq və azadlıqlar kimi din azadlığının da tam təmin olunduğunu bəyan edirlər. Ölkədə dini tolerantlıq hakimiyyətin tez-tez istinad etdiyi, örnək hesab etdiyi məqamlardandır.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG