Accessibility links

ABŞ Dövlət katibinin köməkçisi Azərbaycan Prezidenti ilə görüşüb


ABŞ Dövlət katibinin köməkçisi Karen Donfrid Azərbaycanda səfərdədir. O bu gün, iyunun 15-də Prezident İlham Əliyevlə görüşüb.

ABŞ səfirliyinin məlumatına görə, Prezident Əliyevlə görüşü zamanı ABŞ Dövlət katibinin köməkçisi Karen Donfrid Azərbaycan və ABŞ arasında son 30 il ərzində iqtisadiyyat, enerji, təhlükəsizlik və digər sahələrdə aparılan tərəfdaşlığı müzakirə edib.

"Dövlət katibinin köməkçisi Donfrid Azərbaycana Ukraynaya göstərdiyi dəstəyə, o cümlədən humanitar ianələr, təcili yardım maşınları üçün yanacaq və dəstək bəyanatlarına görə təşəkkür edib. Dövlət katibinin köməkçisi Donfrid bölgədə sülhə doğru müsbət mühitin formalaşmasını qeyd edərək, Avropa İttifaqı vasitəçiliyi ilə aparılan sülh danışıqlarının ABŞ tərəfindən dəstəkləndiyini vurğulayıb" , ABŞ səfirliyi qeyd edib.

Azərbaycan Prezidentinin rəsmi internet saytının yaydığı məlumatda isə bildirilir ki, görüşdə əlaqələrin gündəliyinin geniş olduğu qeyd edilib, onun enerji sahəsində əməkdaşlıq, regionda təhlükəsizlik, postmünaqişə dövrü, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması və digər məsələləri əhatə etdiyi bildirilib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq regionu kimi görmək istəyir.

Prezident İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü münasibətilə və Bakı Enerji Həftəsi çərçivəsində ona ünvanladığı məktublarda, həmçinin özünün Cozef Baydenə məktubunda qeyd olunan məsələlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG