Accessibility links

Azərbaycanın orta məktəb müəllimləri üçün təşkil edilən beynəlxalq ingilis dili təlimləri başa çatıb


İyunun 30-da ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin Azərbaycanın orta məktəblərinin ingilis dili müəllimləri üçün nəzərdə tutulan 3 günlük "İngilis dilinin tədrisində mükəmməllik" təlimi yekunlaşıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Şimali Karolina Dövlət Universitetinin və onun yerli tərəfdaşı olan ADA Universitetinin birgə təşkil etdiyi konfransın məqsədi tələbələrin yüksək nəticələr əldə etməsinə yardımçı olmaq üçün azərbaycanlı müəllimlərin tədrisin ən müasir və ünsiyyət-əsaslı metodlarından istifadələrini təmin etməkdir.

Məlumatda deyilir ki, konfrans Şimali Karolina ştatının 14 həftəlik magistr səviyyəsindəki Müasir İngilis dili Təlimatının kulminasiya nöqtəsini ehtiva edir.

ABŞ səfirliyi tərəfindən maliyyələşdirilən bu virtual kursu təqribən 100 azərbaycanlı ingilis dili müəllimi bitirib.

Yekun konfransa Fulbrayt və ingilis dili mütəxəssislərinin 2 günlük seminarları, ADA Universitetinin professor-müəllim heyəti və tədqiqatçılarının təqdimatları daxil idi. Tədbirdə 30 regional şəhər və qəsəbədən 350-dən çox orta məktəb müəllimi iştirak edib və ölkənin pedaqoji heyəti arasında peşəkar inkişaf imkanları üçün motivasiya nümayiş etdirib.

Konfrans ADA Universitetinin Prorektoru Fariz İsmayılzadənin, ABŞ-nin Azərbaycandakı səfiri Li Litzenbergerin və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun giriş sözləri ilə yadda qalıb.

ADA Universitetinin Prorektoru Fariz İsmayılzadə bildirirb ki, proqram müəllimləri ingilis dili danışığı bacarıqları ilə təmin edir.

"Təhsil işçilərinin inkişafı ADA Universitetinin diqqət mərkəzində olan məsələlərdən biridir".

Səfir Litzenberger deyib ki, Azərbaycanda ingilis dili bacarıqlarının inkişaf etdirilməsi əsas prioritetdir və bu, səfiriliyin nail olmağa ümid etdiyi bir çox işlərin əsasını təşkil edir.

"Bu, daha çox azərbaycanlıya öz ölkəsinin iqtisadiyyatının şaxələndirilməsində iştirak etməyə, dünyada ingilis dilində danışan 1,4 milyard insanla ünsiyyət qurmağa, Hollivud filmlərindən həzz almağa, planetimizin ən çox istifadə olunan dilində kitab və qəzet oxumağa kömək edəcəkdir" , o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG