Accessibility links

Şərqi Azərbaycan investisiya təhlükəsizliyi baxımından İranın 26-cı vilayətidir


Şərqi Azərbaycan vilayəti
Şərqi Azərbaycan vilayəti

İran Parlamentinin araşdırma mərkəzinin göstəricilərinə əsasən Şərqi Azərbaycan investisiya təhlükəsizliyi baxımından İranın 31 vilayəti arasında 26-cı yerdədir.

Khabar Online agentliyinin yaydığı məlumata görə, Şərqi Azərbaycan vilayəti idarəçilikdə şəffaflıq və hesabatlılıq baxımından da ən bərbad vəziyyətdə olan vilayətlərdən biridir.

“İranın İslami Şura Məclisinin araşdırma mərkəzinin açıqladığı statistik məlumatlara görə, Şərqi Azərbaycan vilayəti investisiya təhlükəsizliyi baxımından bir il əvvəl İran vilayətləri arasında 17-ci yerdə ikən, bu il qəribə bir sərbəst enişlə 26-cı yerə enib. Açıqlanan rəqəmlər göstərir ki, vilayətin vəziyyəti ilə bağlı əhali arasında gedən söz-sohbət inkar edilməz həqiqətlər imiş” agentliyin yaydığı reportajda dərc edilib.

Vilayətlərdə investisiya təhlükəsizliyi səviyyəsini müəyyənləşdirmək üçün “vilayət məsullarının qərarlarının sabitliyi və proqnozlaşdırıla bilən olması”, “ədalətin vaxtında yerinə yetirilməsi xüsusunda kommersiya məhkəmələrinə etimad səviyyəsi”, “iqtisadi cinayətlərə qarşı mübarizədə polis qüvvələrinin sürəti”, “əhalinin vəzifəli şəxslərin qərarları və məlumatlarını əldə edə bilmə səviyyəsi”, “idarələrdə rüşvət səviyyəsi” və “vəzifəli şəxslərin vədlərini yerinə yetirmə səviyyəsi” kimi göstəricilər dəyərləndirilib.

Khabar Online-ın yazdığına görə, Şərqi Azərbaycan vilayəti əlavə olaraq idarəçilikdə şəffaflıq və hesabatlılıq baxımından da “qırmızı vəziyyətdədir.”

XS
SM
MD
LG