Accessibility links

Ukrayna zərərin az olduğunu bildirərək, taxılın ixracını bərpa etməyə hazırlaşır


Odessa Şəhər Şurasının Teleqram kanalı tərəfindən təqdim edilən fotoda raket zərbələrindən sonra Odesa limanında yanan qayıqda yanğınla mübarizə aparan ukraynalı yanğınsöndürənlər göstərilir, 23 iyul 2022.
Odessa Şəhər Şurasının Teleqram kanalı tərəfindən təqdim edilən fotoda raket zərbələrindən sonra Odesa limanında yanan qayıqda yanğınla mübarizə aparan ukraynalı yanğınsöndürənlər göstərilir, 23 iyul 2022.

Ukrayna bazar günü qlobal ərzaq qıtlığını aradan qaldırmaq üçün razılaşmanın bir hissəsi olaraq Qara dəniz limanlarından taxıl ixracını bərpa etmək səylərini davam etdirib, lakin xəbərdarlıq edib ki, Rusiyanın Odessaya zərbə endirməsi gələcəkdə baş verə biləcək hadisələrdən xəbər verrirsə, tədarük zərər görəcək.

Rusiya keçən həftənin sonunda Ukrayna taxılının şəhərdən yenidən ixrac edilməsi ilə bağlı razılığa gəldikdən sonra Ukraynanın Qara dəniz sahilindəki Odesa limanına raket zərbəsi endirdiyini etiraf edib.

“Kalibr raketləri yüksək dəqiqliklə endirilən zərbə ilə Odesa limanındakı hərbi infrastrukturu məhv edib,” Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bazar günü bildirib.

Rusiya bundan öncə iki ölkənin Odesadan milyonlarla ton taxılın icrac edilməsinə imkan verən razılığı imzalamasından bir gün sonra baş vermiş raket hücumunda iştirakını inkar etmişdi.

Rusiyanın iddiasını dəyişməsi və raket hücumunu etiraf etməsinin səbəbi aydın deyil.

Şənbə günü Türkiyənin müdafiə naziri Rusiya rəsmilərinin Ankaraya Moskvanın zərbələrlə “heç bir əlaqəsi olmadığını” dediyini bildirib. Bununla belə, Rusiya xəbər agentlikləri Rusiya Müdafiə Nazirliyinə istinadən Odesada Ukraynaya məxsus hərbi gəminin və gəmi əleyhinə raketlərin məhv edildiyi barədə məlumat veriblər.

Associated Press agentliyinin verdiyi məlumata əsasən, Rusiya Müdafiə Nazirliyinin rəsmiləri Odesa limanına Rusiya və Ukraynanın oradan taxıl daşınmasının bərpasına dair razılığı imzalamasından bir gün sonra keçirilən hava hücumunun yalnız hərbi hədəfləri vurduğunda israr edirlər.

Nazirliyin sözçüsü bildirib ki, şənbə günü baş verən hücumda Ukrayna hərbi gəmisi və gəmi əleyhinə raketlərin olduğu anbar məhv edilib.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı razılaşmanı təhlükə altına qoymaqda ittiham edərək kəskin tənqid edib.

Zelenski şənbə günü gündəlik müraciətində deyib: “Rusiyanın Odesaya, bizim limanımıza bugünkü raket hücumu rüsvayçılıqdır və bu, həm də Rusiyanın özünün siyasi mövqelərinə zərbədir. Əgər dünyada kimsə hələ də deyə bilsə ki, hansısa dialoq... Rusiya ilə hansısa razılaşmalar lazımdır, görün nə baş verir. Rusiyanın “Kalibr” raketləri bu gün bu cür bəyanatların mümkünlüyünü yox etdi”.

Birləşmiş Ştatlar Rusiyanın Odesa limanına raket hücumunu qınayıb.

“Hücum Rusiyanın dünənki sövdələşməyə sadiqliyini şübhə altına alır və BMT, Türkiyə və Ukraynanın mühüm ərzaq məhsullarının dünya bazarlarına çıxarlıması işinə xələl gətirir,” dövlət katibi Blinken bildirib.

“Rusiya qlobal ərzaq böhranının dərinləşməsinə görə məsuliyyət daşıyır və təcavüzünü dayandırmalı və razılaşdığı sazişi tam şəkildə yerinə yetirməlidir,” ABŞ dövlət katibi Blinkenin açıqladığı bəyanatında bildirilir.

ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink AzadlıqRadiosunun Ukrayna xidmətinə müsahibəsində deyib ki, Birləşmiş Ştatlar “Ukraynaya nə qədər lazımdırsa, dəstək göstərməyə” davam edəcək.

O əlavə edib ki, o, ABŞ-ın “Ukraynaya təhlükəsizlik sahəsində ən böyük yardım göstərən” ölkə olması ilə “həqiqətən fəxr edir”.

Odesa limanına raket hücumu beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınaqla qarşılanıb.

XS
SM
MD
LG