Accessibility links

“Təbrizin sehirli nağılları”və İsrail səfirinin fotosuna İran səfirinin münasibəti


İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehirli nağılları” kitabını oxuyarkən (Foto İsrail səfirinin twitter səhifəsindəndir)
İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehirli nağılları” kitabını oxuyarkən (Foto İsrail səfirinin twitter səhifəsindəndir)

Son günlər sosial şəbəkələrdə İsrail və İranın Azərbaycandakı səfirləri ətrafında qəribə müzakirələr yer alıb. Belə ki, iyulun 20-də İsrailin Azərbaycandakı səfiri Corc Dik ona hədiyyə edilən “Təbrizin sehirli nağılları” kitabı barədə twitter səhifəsində foto yaydıqdan sonra müzaklirələr başlayıb. Kitabda Azərbaycan tarixi və İranın şimalında yerləşən Təbriz şəhərinin mədəniyyətindən danışılır.

İsrail səfirinin tviti İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin ciddi reaksiyasına səbəb olub və o, İsrail səfirinin ünvanına hədələr səsləndirib.

"Bu macəraçı oğlanın məlumatı üçün: bizim sevimli İran şəhərimiz Təbriz İranın qürurlu tarixində birincilərin torpağı kimi tanınır. Görünür, bu ilk şər sionisti qeyrətli Təbriz camaatı tərəfindən dəfn ediləcək. Heç vaxt bizim qırmızı xəttimizi keçməyin!” o qeyd edib.

Bu gün İran səfirinin Tehrana getdiyi və xarici işlər naziri Abdullahian ilə görüşdüyü məlum olub. İran tərəfinin məlumatına görə, səfirə Azərbaycanla münasibətləri bundan sonra da "möhkəmləndirmək" tapşırılıb.

Bu arada, Twitterdə İsrail səfirinə dəstək kampaniyası və Təbrizin tarixinə dair kitabı almaq çağırışları başlayıb.

Təbriz İran Azərbaycanın tarixi mərkəzi hesab edilir, əhalisi əsasən azərbaycanlılardır. Qeyri-rəsmi, təsdiqlənməmiş məlumatlara görə, İranda on milyonlarla etnik azərbaycanlı yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG