Accessibility links

Şahin Xiyavlı: Avropa dövlətlərinin İrana güzəştə getməsi hüquq müdafiəçilərini məyus edir


Şahin Xiyavlı
Şahin Xiyavlı

Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsinə müsahibədə prezident İbrahim Rəsisi dönəmində İranda insan haqları pozuntularının artması, habelə işçilər və qadınlar başda olmaqla müxtəlif kəsimlərin üzləşdiyi basqı və zorakılığı şərh edib.

please wait

No media source currently available

0:00 0:14:37 0:00
Direct link

Xiyavlı İranla əlaqədar fəaliyyət göstərən insan haqları qurumlarının fəaliyyətlərinə işarə edərək deyir ki, fəaliyyətlərin nəticəyə çatmaması hüquq müdafiəçilərini məyus edir.

Avropa dövlətlərinin İrana güzəştə getməsi istər-istəməz insan haqları qurumları üzərində mənfi təsir yaradır. Yəni ki, sən fəaliyyət edirsən, gücünü vurursan amma nəticə ala bilmirsən.

Beynəlxalq qrupların yaydığı hesabatlara əsasən, İbrahim Rəisinin 2021-ci ilin avqust ayında vəzifəyə gəlməsindən sonra İranda tətbiq edilən edam hökmlərinin sayı kəskin şəkildə artıb. Hüquq müdafiəçiləri həmçinin qadınlar və fərqli əmək qrupları başda olmaqla müxtəlif kəsimlərə qarşı basqıların intensivləşdiyini qeyd edirlər.

Şahin Xiyavlı İbrahim Rəisinin üçüncü dəfərdir ki, edamların artmasında aparıcı rol oynadığını deyir. Onun sözlərinə görə, Rəisi 1988-ci ilin yayında baş verən edam dalğasında baş prokurorun müavini olaraq, 2019-2021-ci illərdə İslam Respublikasının Məhkəmə Hakimiyyətinin sədri olaraq, hazırda isə prezident olaraq edamların artmasında rol oynayıb.

“Rəisi prezident olmadan əvvəl məhkəmə hakimiyyətinin başına gətirildiyi zaman, insan haqları qurumları onun 1988-dəki edamlarla bağlı rolunun olduğunu gündəmə gətirdilər. Onun 1988 edamlarında rolu ilə əlaqədar ciddi sənədlər ortaya qoyuldu,” o, söyləyir.

Hüquq müdafiəçiləri polis qüvvələri, eləcə də qadınların geyinməsinə nəzarət üçün təyin edilən fərqli qüvvələrin xüsusilə İbrahim Rəisi dönəmində əhaliyə qarşı daha mərhəmətsiz davranmağa başladığını önə çəkirlər.

Rəisi prezident olmadan əvvəl məhkəmə hakimiyyətinin başına gətirildiyi zaman, insan haqları qurumları onun 1988-dəki edamlarla bağlı rolunun olduğunu gündəmə gətirdilər. Onun rolu ilə əlaqədar ciddi sənədlər ortaya qoyuldu

Xiyavlı əmək qrupları və qadınlara qarşı repressiyaların sərtləşməsinə diqqət çəkərək deyir ki, “təhlükəsizlik keçmişi olan qüvvələrin icra orqanlarının əsas nöqtələrinə gətirilməsi, İslam Respublikasının repressiya maşınını gücləndirib.”

Şahin Xiyavlının sözlərinə görə, İranda fərqli kəsimlərə qarşı repressiyaların artmasına rəğmən dünya dövlətlərinin İslam Respublikası ilə münasibətlərində əsasən iqtisadi maraqlara üstünlük vermələri insan haqları qurumlarını məyus edir:

“Amnesty International və başqa insan haqları qurumları verdikləri bəyanatlar və keçirdikləri görüşlərdə fərqli dövlətlərin rəsmilərindən istəyirlər ki, İranla sazişə gedəndə ən azından insan haqları məsələlərini də diqqətə alsınlar. Yəni iqisadi çıxarlardan söhbət gedəndə bir nöqtədə də da insan haqları nəzərdə alınsın. Amma, bəzi Avropa dövlətləri belə sözdə insan haqlarını dəstəkləyirlər, amma əmələ gələndə iqtisadi mənafelərindən dolayı İrana güzəştə gedirlər. Bu da istər-istəməz insan haqları qurumları üzərində mənfi təsir yaradır. Yəni ki, sən fəaliyyət edirsən, gücünü vurursan amma nəticə ala bilmirsən. Bu səbəb olur ki insanlarda bir ümidsizlik yaransın və onları passivliyə doğru aparsın. Bir tərəfdən səbəb olur ki, artıq toplum da bu qurumlara inanmır.”

Hüquq müdafiəçisi əlavə edir, “insan haqları təşkilatları yeni yollar sınamalıdırlar. Mən inanıram ki, bu təşkilatların fəaliyyətləri müəyyən dönəmlər və ya müəyyən nöqtələrdə cavab verməsə də başqa bir dönəm nəticəyə çatacaq. Ən azından dünyada və hətta İranın içində yaşayan aydın insanları məlumatlandıra bilərlər və bu da çox önəmlidir.”

XS
SM
MD
LG