Accessibility links

Azərbaycanın Baş prokuroru Böyük Britaniya səfiri ilə görüşüb


Kamran Əliyev və Ceyms Şarp (Foto Baş Prokurorluğundur)
Kamran Əliyev və Ceyms Şarp (Foto Baş Prokurorluğundur)

Avqustun 10-da Azətbaycanın Baş prokuroru Kamran Əliyev Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ilə görüşündə avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasına radikal dini qrupun hücumu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatnda deyilir ki, söhbət zamanı Azərbaycan Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Birləşmiş Krallığın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunub.

Azərbaycan Baş Prokurorluğu avqustun 6-da Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsi faktı ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlayıb.

Rəsmi məlumatlara görə, səfirliyə hücum edən 8 nəfər London polisi tərəfindən saxlanılıb.

Britaniyanın Metro qəzeti səfirliyə hücum edən şəxslərin “Mehdinin xidmətçiləri” Birliyinin üzvləri olduğunu yazıb.

"Şiə təriqətinə mənsub, Londonda mənzillənən “Mehdinin xidmətçiləri’” Birliyinin ("The Mahdi Servants Union") saytında bildirilir ki, onlar İmam Mehdinin zühuruna hazırlaşan müsəlmanları birləşdirir. Onlar buna “İslam Rafizi dəyərlərinə uyğun imanla irəliləmək və şiə sivilizasiyasının dominantlığına nail olmaqla” hazırlaşırlar,” saytda vurğulanıb.

Qəzet yazır ki, birliyin lideri Yasser Al-Habibin “Cənnət xanımı” filmi ilk dəfə Məhəmməd Peyğəmbərin üzünü göstərən film kimi xarakterizə olunur. Film peyğəmbərin qızı Fatimə haqqında olsa da, əsasən İmam Əlidən bəhs edir. Sünni müsəlmanlar filmin təhriflərə yer verdiyini deyərək, onun kinoteatrlardan qaldırılmasını tələb edib.

Qrupla əlaqəsi olan üzvlər Azərbaycan hökumətinin bəzi şiə müsəlmanlarını “təqib etdiyini" iddia ediblər.

“Qrupun bəyanatında deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevə qarşı “təcili tədbir görülməsi” üçün rəhbərləri tərəfindən göstəriş verilib,” Metro qəzeti yazıb.

Əslən Küveytdən olan Əl-Həbib Böyük Britaniyada sığınacaq alıb və Buckinghamshire-də məscid idarə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG