Accessibility links

Dövlət Departementi: Dövlət katibi Ermənistan və Azərbaycanla liderlər səviyyəsində qarşılıqlı əlaqə yaradıb


Dövlət Departamentinin sözçüsü Ned Prays 
Dövlət Departamentinin sözçüsü Ned Prays 

ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesinə "bir çox kanallar"la dərindən cəlb edilib.

"Biz tərəflər arasında gərginliyin səngiməsi üçün bir neçə səviyyədə, bir neçə kanalla qarşılıqlı fəaliyyət göstəririk" , Dövlət Departamentinin nümayəndəsi Ned Prays sentyabrın 28-də mətbuat üçün ənənəvi brifinq zamanı bildirib.

Praysın şərhi Turan agentliyinin müxbirinin "çərşənbə axşamı milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Hikmət Hacıyev və Armen Qriqoryanla görüşü bundan öncə Nyu-Yorkda Antoni Blinken, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə başlanmış prosesin tərkib hissəsidirmi?" sualına cavab olaraq səslənib.

Prays deyib ki, Ağ Evdə Hacıyev və Qriqoryanın görüşü milli təhlükəsizlik üzrə müşavirlər səviyyəsində keçirilib. Öz növbəsində dövlət katibi Blinken xarici işlər nazirliklərindən olan həmkarları ilə danışıqlar aparıb. Dövlət katibi həmçinin Ermənistan və Azərbaycanla liderlər səviyyəsində də qarşılıqlı əlaqə yaradıb.

Səfir Filip Rikerə gəlincə, o, "erməni və azərbaycanlı rəsmiləri ilə fəal əlaqə saxlayır" , Prays əlavə edib.

"Əlbəttə, keçən həftə o, Nyu-Yorkda bizimlə, dövlət katibi ilə birlikdə idi. O, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə üçtərəfli görüşümüzdə iştirak edib. Bu yaxınlarda o, Cənubi Qafqazda olub, yüksək vəzifəli şəxslərlə şəxsən görüşüb. Beləliklə, o, prosesə dərindən qarışıb" , Prays bildirib.

Prays Turanın müxbirinin "ABŞ Norveç, Azərbaycan kimi ölkələrdə boru kəmərlərinin təhlükəsizliyini təmin etməyə hazırdırmı?" sualının cavabında deyib ki, ABŞ "Şimal axını" qaz kəmərinin partladılmasından sonra Avropanın enerji təhlükəsizliyini və enerji dayanıqlığını dəstəkləməyə hazırdır.

Dövlət katibi Antoni Blinken bu məsələ ilə bağlı avropalı həmkarları ilə danışıqlara başlayıb.

"Biz hələ fevralın 24-dən öncə bu məsələyə dərindən cəlb olunmuşduq, çünki ABŞ və müttəfiqləri indi baş verənləri - Rusiyanın enerjidən silah kimi istifadə etmək cəhdlərini qabaqcadan görürdülər. Biz avropalı tərəfdaşlarımız və müttəfiqlərimizlə mayeləşdirilmiş qaz tədarükünün artırılması üzərində işləmişik. Yaponiya kimi ölkələr Avropaya maye qaz tədarükünü artırmaqda bizə kömək etmək iqtidarındadır" , o deyib.

ABŞ-da neft hasilatını gündə 500 000 bareldən çox, Avropaya maye qaz ixracı isə 20 faizdən çox artıb, Prays qeyd edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG