Accessibility links

Azərbaycan müdafiə naziri və ABŞ müdafiə nazirinin müavini Azərbaycan-Ermənistan sərhədindəki durumu müzakirə edib


Zakir Həsənov və Kolin Kahlın (Kollaj Müdafiə Nazirliyinindir)

Sentyabrın 15-də Azərbaycan müdafiə naziri Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.

Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurma və hazırkı vəziyyət müzakirə edilib.

Danışıların detalalrı ilə bağlı geniş məlumat verilmir.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

ABŞ dövlət katibi Antoni Blinken hər iki tərəfi "bütün hərbi əməliyyatları dərhal dayandırmağa" çağıraraq, münaqişənin hərbi yolla həllinin olmadığını bildirib.

Dövlət katibi Blinken sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi müzakirə edib və ABŞ-ın hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığını qeyd edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış.Rusiya məktəbində 11-i uşaq olmaqla, 15 nəfər qətlə yetirilib
please wait

No media source currently available

0:00 0:13:09 0:00
XS
SM
MD
LG