Accessibility links

Təbrizdə Qeydiyyat İdarəsi 'Elana' adlı uşağa şəxsiyyət vəsiqəsi verilməsinə qarşı çıxıb


İran İslam Respublikasının Qeydiyyat İdarəsi
İran İslam Respublikasının Qeydiyyat İdarəsi

Bölgədəki insan hüquqları müdafiəçiləri Təbriz Qeydiyyat İdarəsinin "Elana" adlı yeni doğulmuş uşağa şəxsiyyət vəsiqəsi verilməsinə qarşı çıxdığını bildirirlər.

Elananın atası Hamid Allahverdipur Instagram səhifəsində Qeydiyyat İdarəsinin, övladı üçün seçilmiş adla şəxsiyyət vəsiqəsi verilməsinə qarşı çıxması xəbərini paylaşıb.

Elananın atasının sözlərinə görə, övladının doğulmasından iki həftə keçsə də, hələ də, ona şəxsiyyət vəsiqəsi ala bilməyiblər.

Qeydiyyat İdarəsinin rəsmiləri etiraz edən valideynə bildirib ki, "belə bir ad təsdiq edilmiş adlar siyahısında yoxdur və biz təsdiq edilmiş siyahıdan kənar adları qeydiyyatdan keçirə bilmərik."

İranda türk adlarının ərəb əlifbasında türkcə ortoqrafiya qaydaları və təsdiq edilmiş adlar siyahısında yer almadıqları üçün qeydiyyat idarəsi tərəfindən qeydə alınmaması ailələrin probleminə çevrilib.

Son illər İran Azərbaycanında valideynlər tərəfindən uşaqlara türk adları seçilməsi populyarlaşsa da, dövlət tərəfindən təsdiqlənmiş adlar siyahısından kənarda övladlarına türk adları seçən valideynlərin sərbəst ad seçimində maneələr var.

Seçdikləri adla şəxsiyyət vəsiqəsi almaqda israrlı olan ailələr məhkəməyə şikayət etməli olurlar. Belə ki, məhkəmə seçilmiş adla razılaşarsa, övladı üçün şəxsiyyət vəsiqəsi ala bilirlər.

Ad və şəxsiyyəti təsdiq edən sənədə sahib olmaq hüququ uşağın hüquqlarından biridir. İran hökuməti valideynlər üçün uşağa ad seçməkdə məhdudiyyətlər tətbiq etməklə uşaqların hüquqlarını və ailələrin övladları üçün ad seçmək azadlığını pozur.

XS
SM
MD
LG