Accessibility links

Ötən il Azərbaycanda 12,313 mina aşkar edilərək zərərsizləşdirilib


Mina təmizlənməsi (Mənbə ANAMA)
Mina təmizlənməsi (Mənbə ANAMA)

2022-ci ildə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) azad edilmiş ərazilərdə 12,313 mina aşkar edərək zərərsizləşdirib.

Bu barədə ANAMA-nın məlumatında deyilir.

Məlumata əsasən 2022-ci ilin yanvar-dekabr aylarında Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında 8780 ədədə piyada əleyhinə, 4133 tank əleyhinə mina və 14950 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 41 915,77 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ötən il dekabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 2020-ci ilin noyabrından indiyədək Azərbaycanda 268 nəfər mina partlaması nəticəsində xəsarət alıb. Onlardan 46 nəfər həlak olub. Həlak olanların 35 nəfəri mülki insanlardır.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, münaqişə olan ərazilərdə yüz minlərlə mina var.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG