Accessibility links

ABŞ Azərbaycan-Ermənistan münaqişəsi zonasında minaların təmizlənməsi üçün 2 milyon dollar ayıracaq


Cocuq Mərcanlı kəndi, mina təmizləyən (Arxiv foto, mənbə VOA)
Cocuq Mərcanlı kəndi, mina təmizləyən (Arxiv foto, mənbə VOA)

Azərbaycan-Ermənistan münaqişəsi zonasında yerüstü minalar və partlamamış hərbi sursatlar "dinc sakinləri öldürməyə və şikəst etməyə, iqtisadi inkişafı əngəlləməyə və köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olmaqda davam edir".

Bu barədə Dövlət Departamentinin nümayəndəsi Turan agentliynin sorğusuna cavabda bildirib.

"ABŞ regional sülhə və əməkdaşlığa yardım etmək üçün 2020-ci ilin payızında Ermənistan və Azərbaycan qüvvələri arasında intensiv hərbi əməliyyatlardan ziyan dəymiş ərazilərdə minalardan təmizləmə üzrə humanitar əməliyyatlara 2 milyon dollar ayırdığını elan etməkdən məmnundur" , nümayəndə qeyd edib.

Mənbənin məlumatına görə, 2021-ci ilin noyabrında bu məqsədlə ayrılan 500 000 dollardan sonra ABŞ-ın yeni maliyyəsi "minalardan təmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üzrə təşkilatların texniki imkanlarını artıracaq".

"Bu səylər insan təhlükəsizliyinin möhkəmləndirilməsində həlledici rol oynayır və köçkünlərin öz evlərinə qayıtmasına, öz həyatlarını təhlükəsiz şəkildə bərpa etməsinə imkan verir" , o deyib.

Rəsmi Bakı bu həftə bildirib ki, 2020-ci il noyabrın 10-da müharibə başa çatdıqdan sonra Azərbaycanda 262 nəfər minaya düşüb, onlardan 44 nəfəri həlak olub.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG