Accessibility links

Həyat yoldaşı: Jurnalist Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranıb


Əvəz Zeynallı (Arxiv foto, mənbə VOA)
Əvəz Zeynallı (Arxiv foto, mənbə VOA)

Həbsdə olan jurnalist Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranıb. Qan təzyiqinin və şəkərin yüksək olması səbəbindən görmə qabiliyyətini gün-gündən itirir. Gözlərində həm də mirvari suyu var və təcili əməliyyata ehtiyacı var.

Bu barədə jurnalistin həyat yoldaşı Məlahət Qüsuri Amerikanın Səsinə müsahibəsində bildirib.

Zeynallı Dövlət Təhülksəziliyi Xidmətinin Təcridxanasında saxlanılır. Bu səbəbdən jurnalistin həyat yoldaşı onun müayinə və müalicəsinin təşkil edilməsi üçün Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, Baş Prokurora, Ombudsmana müraciət edib.

“Üstəlik haqsız yaşadığı gərginliklər də onun sağlamlığı üçün ciddi təhlükə yaradır. Bir gün belə yubanmaq, onun sağlamlığında ciddi fəsadlar yaradacaq. Səlahiyyətlərinizdən istifadə edərək, Əvəz Zeynallının təcili həkim müayinəsindən keçirilməsi, həmçinin ailəsilə əlaqə yaradılması üçün zəruri addımlar atmağınızı xahiş edirəm," jurnalistin həyat yoldaşının müraciətində deyilir.

Həyat yoldaşı: Jurnalist Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranıb
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Məhkəmə Baş Prokurorluğun İstintaq İdarəsinin jurnalısitin ailə üzvləri ilə görüşünə və telefon danışığına qadağa qoyulması ilə bağlı qərarını nəzərə alaraq bu barədə qərar verib. Hazırda Zeynallı ailə üzvləri ilə görüşə və telefon danışığı apara bilmir.

“Qadağanın aradan qaldırılması üçün apellyasiya şikayətimiz təmin edilmədi. Dəfələrlə bu barədə vəsatətlər vermişik və təmin edilməyib”.

Məlahət Qüsuri bildirib ki, jurnalist barəsində həbs qətimkan tədbirnin uzadılmasına ehtiyac yox idi.

“Belə ki, əvvəlcə 4 ay həbs qətimkan tədbiri seçmişdilər. Lakin 4 ayın bitməsinə az qalmış səs yazısı ilə bağlı ekspertiza təyin ediblər. Halbuku həmin ekspertiza daha tez də təyin edilə bilərdi. Halbuki dörd ay müddətində istintaq hərkəti olmamışdı, heç bir dəlil, fakt ortaya qoyulmamışdı. Görünür bu ekspertizanı təyin etməklə həbs müddətini daha üç ay uzatmaq üçün zəmin yaratdılar,” o, qeyd edib.

Bununla yanaşı, rəsmi qurumlardan jurnalistin həyat yoldaşının müraciəti ilə bağlı hələ şərh almaq mümkün olmayıb.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.

Rüşvət ittihamı "Baku Steel Company" MMC - poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. "Xural TV" rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. "Xural TV" rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulub.

Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.

Bu il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Əvəz Zeynallı haqqında həbs qətimkan tədbirinin müddətini aprelin 8-dək uzadıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG