Accessibility links

Vəkil: Jurnalistin ailəsi ilə görüşünə və telefon danışıqlarına qadağa tətbiq edilir


Əvəz Zeynallı Elmar Hüseynovun məzarı başında.
Əvəz Zeynallı Elmar Hüseynovun məzarı başında.

Jurnalist Əvəz Zeynallının ailəsi ilə görüşünə və telefon danışıqlarına qoyulan qadağa davam etdirilir. Noyabrın 30-da məhdudiyyətin aradan qaldırılması məqsədi ilə yenidən Binəqədi rayon Məhkəməsinə müraciət edib.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib.

Vəkilin sözlərinə görə, jurnalsitin səhhətində də problemlər var.

“Onda qan təzyiqi yüksəkdir, şəkərli diabet xəstəsidir, gözlərində katarakt var. Həkimlər və ailəsi dərmanlar verir. Bununla yanaşı mülaicəyə ehtiyacı var,” o qeyd edib.

Mehidyevin sözlərinə görə, jurnalistin həbsindən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq istintaq hərəkətləri aparılmır.

Vəkilin dedikləri ilə bağlı Penitensiar Xidmət hələ şərh verməyib. Amma bir qayda olaraq Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində insanların qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir.

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-da prokurorluq orqanları tərəfindən saxlanılıb. Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət almaq) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib. Əvəz Zeynallı "Baku Steel Company" şirkətinin müşahidə şurasının keçmiş sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədovun yaxınlarından rüşvət almaqda, vəkil isə vasitəçilik etməkdə təqsirli bilinir.

Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1-ci maddə (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə daha bir ittiham irəli sürülüb.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib, peşə fəaliyyətləri ilə bağlı olduğnu bəyan edib.

Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyib. Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını istəyiblər.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinə bildirib ki, Əvəz Zeynallının və Elçin Sadıqovun həbsini diqqətlə izləyirlər.

“Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaşlarının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq,” səfirliyin mətbuat katibi qeyd edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG