Accessibility links

ABŞ Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan sərhədindəki durumla bağlı bəyanatına cavab verib


Vedant Patel (Rəsmi foto)
Vedant Patel (Rəsmi foto)

Yanvarın 26-da rəsmi Vaşinqton Rusiya Xarici İşlər Nazirliyinin Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqi üzrə mülki missiyasına qarşı ittihamlarını rədd edib və bu missiyanı dəstəkləyib,

"Birincisi, ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir. Biz tərəfdaşların, o cümlədən Avropa İttifaqının regionda etimadın yaradılması və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün əlverişli mühitin təmin edilməsi istiqamətində səylərini alqışlayırıq. Biz bilavasitə bütün tərəfdaşlarımızla və effektiv olduqda regiondakı tərəfdaşlarımızla sıx işləməyə davam edirik", Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel ənənəvi brifinqdə Turan agentliynin müxbirinin suallarını cavablandırarkən deyib.

"Rusiya regionda sülhməramlı yoxsa və sabitliyi pozan qüvvə kimi hərəkət edir?” sualın cavabında Patel deyib: "Konkret olaraq, Rusiyanın roluna gəlincə, ABŞ 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə nəticələnən atəşkəsdə iştirak etməyib, ona görə də mənim bununla bağlı əlavə bir təklifim olmayacaq. Amma əlbəttə ki, bildiyiniz kimi, Dövlət katibi üçün bu çox vacib olan bir məsələdir, o buna yaxından diqqət yetirir və onunla dərindən məşğul olur", o qeyd edib.

Yanvarın 26-da Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının Ermənistanda mülki monitorinq qrupunun yerləşdirlməsinin regionda sülh prosesinə zərbə vuracağını bildirib.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini geri çəkmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafa qayıtmaq istəkləri istiqamətində köklü maraqlarına zərbə vura bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG