Accessibility links

Almaniya prezidenti Azərbaycanı və Ermənistanı Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqlarını davam etdirməyə təşviq edib


Almaniya prezidenti Frank-Valter Ştaynmayer
Almaniya prezidenti Frank-Valter Ştaynmayer

Yanvarın 13-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Vahan Xaçaturyanla ayrılıqda telefonla danışaraq Avropa, Ukrayna və regiondakı vəziyyətlə bağlı müzakirələr aparıb.

“Almaniya prezidenti telefon söhbətləti zamanı ölkəsinin Cənubi Qafqaz dövlətləri ilə yaxşı münasibətlərdə maraqlı olduğunu və regionda sabitliyin vacibliyini vurğulayıb. O, hər iki tərəfi Avropa Şurasının sədri Şarl Mişelin rəhbərlik etdiyi Avropa İttifaqı ilə üçtərəfli sülh danışıqlarını davam etdirməyə təşviq edib”, Almaniya prezidentinin mətbuat xidməti bildirib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, telefon söhbəti zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını ifadə edib və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

“Regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini vurğulayaraq, Azərbaycanın Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatı çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib”, məlumatda qeyd edilir.

Mətbuat xidməti bildirir ki, telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə edilib.

Prezident Əliyev bildirib ki, Ermənistanın yolun “guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.”

Ermənistan prezidentinin mətbuat xidməti bildirir ki, telefon danışığı zamanı Dağlıq Qarabağda yaranmış humanitar böhran ətraflı müzakirə edilib və problemin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

“Sülh prosesinə tam dəstəyini ifadə edən Ştaynmayer qeyd edib ki, Almaniya vəziyyətin həlli və sülhün bərqərar olması üçün bütün səyləri göstərməyə hazırdır”, məlumatda qeyd edilir.

Mətbuat xidməti bildirir ki, prezident Xaçaturyan Ermənistanın regionda sülhün bərqərar olması istiqamətində atdığı addımları təqdim edib, Ermənistan tərəfinin üçtərəfli bəyanatlardan irəli gələn bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu təsdiqləyib, eyni şeyi Azərbaycan tərəfdən də gözlədiyini deyib.

Xatırladaq ki, 2022-ci il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan baş naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın "kobud pozuntusu" olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişinin təmin olunduğunu bildirir.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziləyə gəlsə də, monitorinqə imkan verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG