Accessibility links

TRACECA nəqliyyat dəhlizi ilə yük daşınması 29,8 faiz artıb


TRACECA
TRACECA

2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 milyon 420,6 min ton, yük dövriyyəsi isə 12 milyard 648,9 milyon ton-km olub.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci illə müqayisədə yükdaşımalarda 29,8 faiz və 31,9 faiz artım müşahidə olunub. Yüklərin 27 milyon 966,8 min tonu və ya 54,4 faizi avtomobil nəqliyyatı, 16 milyon 841,2 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 6 milyon 612,6 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 26,5 faizini və ya 13 milyon 634,6 min tonunu tranzit yüklər təşkil edib.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi- Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA, həmçinin maraqları bir araya gətirmək və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG