Accessibility links

Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Transxəzər dəhlizinin yol xəritəsini qəbul edib


Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri (Foto Qazaxıstan Xarici İşlər Nazirliyinindir)
Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri (Foto Qazaxıstan Xarici İşlər Nazirliyinindir)

Noyabrın 25-də Aktau şəhərində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşünün yekunu olaraq Transxəzər dəhlizinin Yol Xəritəsi qəbul olunub.

Sənəddə deyilir ki, razılaşmaların həyata keçirilməsi 2025-ci ilə qədər Transxəzər dəhlizinin buraxılış qabiliyyətini ildə hazırki 1,5 milyon tondan 10 milyon tona qədər artırmağa imkan verəcək.

Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, tərəflər beynəlxalq nəqliyyat marşrutlarının sürətləndirilmiş inkişafı və Xəzər-Qara dənizi regionunda əməkdaşlığın möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə edib razılaşdırıblar.

Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi Qazaxıstan tərəfinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və “Orta Dəhliz”in inkişafına yanaşmasını açıqlayıb.

“Qazaxıstan bütün Xəzər regionunun tranzit-nəqliyyat potensialının daha dolğun açıqlanması üçün konstruktiv qarşılıqlı fəaliyyətə və açıq dialoqa sadiqdir,” Qazaxıstanın xarici işlər naziri bildirib.

Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev iştirakçıların diqqətini Transxəzər dəhlizinin gələcək inkişafı ilə bağlı konkret qərarların qəbul edilməsinin zəruriliyinə yönəldib. Onun dediyinə görə, dəhliz boyunca yüklərin daşınması dəfələrlə artıb.

"Cari ilin 10 ayı ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Aktau və Kurık dəniz limanları vasitəsilə 1,5 milyon tona yaxın yük daşınıb ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur,” o qeyd edib.

Xarici İşlər Nazirliyi bildirir ki, iştirakçılar nəqliyyat potensialının inkişafının əsas istiqamətlərinə yanaşmaların vəhdətini qeyd edilbər və hökumətlər səviyyəsində birbaşa təmasların intensivləşdirilməsində qarşılıqlı maraq olduğunu təsdiq ediblər.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi- Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA həmçinin maraqları bir araya gətirmək və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Mövzuya uyğun

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG