Accessibility links

Məhkəmə 46 gün aclıq edən Bəxtiyar Hacıyevin həbs müddətini daha iki ay uzadıb


Bəxtiyar Hacıyev (Arxiv foto. Mənbə VOA)
Bəxtiyar Hacıyev (Arxiv foto. Mənbə VOA)

Fevralın 23-də Bakının Xətai rayon Məhkəməsi hakim Rəfael Sadıqovun sədrliyi ilə istintaq orqanlının vəsatəti əsasında insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbirinin daha iki ay, aprelin 28-dək uzadılması barədə qərar qəbul edib.

Bu barədə vəkil Şəhla Hümbətova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, istintaq orqanı həbs qətimkan tədbirinin artırlması ilə bağlı vəsatətini istintaq müddəsinin uzadılması ilə izah edib.

Belə ki, fevralın 22-də müstəntiq Bəxtiyar Hacıyev və qarşı tərəfin səsinin əlavə ekspertizasının keçirilməsi barədə qərar qəbul edib.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, müstəntiqin əlavə ekspertiza təyin etməsi "süni olaraq həbs müddətini artırmaq üçün bir bəhanədir".

Bəxtiyar Hacıyev hazırda 46 gündür aclığı davam etdirir. O, 5 gün su qəbulundan da imtina edib. İnsan hüquqları fəalı özünün və bütün siyasi məhbusların həbsdən azad edilməsini tələb edir.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan fəal səhhəti kəskin pisləşdiyindən fevralın 11-də Penitensiar Xidmətinin Müalicə müəssisəsinə köçürülüb.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG