Accessibility links

Qafqaz Müsəlmanları İdarəsinin sədri ABŞ-da səfərdədir


Allahşükür Paşazadə (Foto Qafqaz Müsəlmanları İdarəsinindir)
Allahşükür Paşazadə (Foto Qafqaz Müsəlmanları İdarəsinindir)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 27-dən martın 4-dək ABŞ-da Yuta Ştatının paytaxtı Salt Lake City-də səfərdə olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə səfər zamanı Yuta Senatının prezidenti Stüart Adams, Yuta ştatının vitse-qubernatoru Diedre Henderson, İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbərləri, G20 Dinlərarası Forum qrupu, habelə Xədicə Məscidində müsəlman İcması, Kol Ami sinaqoqunda Yəhudi İcması və Azərbaycan diasporasının üzvləri ilə görüşlər nəzərdə tutulub.

Səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadənin Brigham Young Universitetinin "Eksperimental Dinlərarası Dialoq" auditoriyasının tələbələri qarşısında mühazirə ilə çıxış edəcəyi gözlənilir.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təmsilçiləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının, Alban-Udi xristian dini icmasının, Azərbaycandakı Katolik icmasının rəhbərləri daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG