Accessibility links

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə bağlı fətva verib


Martın 23-də Azərbaycanda Ramazan ayı başlayır.

Qafqaz Müsəlmanları İdarəsinin fətvasında deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan ayının 1-i miladi təqvimi ilə mart ayının 23-nə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan - orucluq ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarına təbriklərini ünvanlayır.

"Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam olmasına səbəb olur. Orucluq ibadəti sosial yardımlaşmanı artıran, mənəvi dəyanəti gücləndirən İlahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir", məlumatda deyilir.

XS
SM
MD
LG