Azərbaycan prezidentinin sərəncamları ilə aprelin 14-də kənd təsərrüfatı və mədəniyyət nazirləri təyin edilib.
Yeni təyin edilən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bundan əvvəl “Pasha Holding”-ə daxil olan Agro Food İnvest şirkətinin rəhbəri vəzifəsində işləyib.
Yeni təyin edilən mədəniyyət naziri Adil Kərimli isə bundan öncə nazirin birirnci müavini idi. O nazir müavini təyinatına qədər Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini olub.
Əvvəlki kənd təsərrüfatı naziri İnam Kərimov bir neçə gün əvvəl Ali Məhkəmənin sədri təyin edilib.
Əvvəlki mədəniyyət nazirləri Əbülfəs Qarayev və Anar Kərimov nazirlikdə korrupsiya əməlləri ifşa edildikdən sonra vəzifədən azad edilib.
Belə ki, 2022-ci il noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib və mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak şöbəsinin müdiri İlkin Nəsibov və Protokol şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb. Bundan sonra nazir Anar Kərimov vəzifəsindən azad edilib.
Daha öncə Əbülfəs Qarayev nazir olan zaman 2020-ci ildə DTX orada əməliyyat keçirib və nazir müavini, idarə rəisləri həbs edilib. Bundan sonra Əbülfəs Qarayev nazir postundan uzaqlaşdırılıb,