Accessibility links

Rüfət Səfərov: Məhkəmə qərarı olmadan insanları cinayətkar, casus kimi təqdim edirlər


Rüfət Səfərov: Məhkəmə qərarı olmadan insanları cinayətkar, casus kimi təqdim edirlər
please wait

No media source currently available

0:00 0:06:29 0:00

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan hüquqları sahəsində son durumdan, inanclı insanların həbsinin səbəblərindən danışıb.

Amerikanın Səsi: Rüfət bəy, ölkədə insan hüquqları sahəsində son durumu necə qiymətləndirərdiniz?

Rüfət Səfərov: Bilirsiniz, bir dövlətin və cəmiyyətin həyatında hüququn dəyəri mövcud deyilsə, insan haqlarından danışmaq əlbəttə ki, narahatçılıq bəxş eləyir. Bu gün ölkəmizdə bərabərlik, ədalət, azadlıq, ləyaqət kimi anlayışlar təhlükə altındadır. Ədaləti harada axtarmalıyıq? Məhkəmələrdə. Məhkəmələrin durumu hansı vəziyyətdədir? Deməyə ehtiyac yoxdur. Bərabərlik hansı şəkildədir? Etiraf eləmək lazımdır ki, Azərbaycan insanı qanunların və normaların qarşısında öz əqidəsinə, siyasi pozisiyasına, dünya görünüşünə, sosial mənşəyinə baxaraq, bundan asılı olaraq mövqe tuturlar. Təəssüf ki, hər bir şəxs bu gün qanunların qarşısında eyni səviyyədə mövqe tuta bilmir. Azadlıqlar isə əsas etibarı ilə elə hakimiyyət qollarının qarşısında pozulur. Baxmayaraq ki, konstitusiyada deyilir ki, insan hüquq və azadlıqlarının gözlənilməsi və qorunması məhkəmələrdə icraedici hakimiyyətdə baş tutmalıdır. Amma biz bu gün əksini görürük. Xüsusilə bir məsələni qeyd edim ki, bu gün Azərbaycan xalqı suveren deyil. Yəni insanlar öz müqəddaratını sərbəst surətdə təyin edə bilmir. Söhbət ondan gedir ki, referendum, seçkilər vasitəsilə insanlar özləri üçün hakimiyyət qollarını müəyyən etməkdə çətinlik çəkirlər. Dövlətin idarə edilməsində, eləcə də siyasi idarəçilikdə insanların iştirakçılıq səviyyəsi bu gün çox pis vəziyyətdədir.

Amerikanın Səsi: Siyasi məhbusların azadlığı uğrunda ittifaqın aprel ayında açıqladığı siyahıya görə, ölkədə 182 nəfər siyası motivlə həbs olunan şəxs var. Bu hesabat reallığı nə dərəcədə əks etdirir?

Rüfət Səfərov: Bütün dövlərdə, 1993-cü ildən bəri götürsək siyasi məhbuslar olub. Vicdan məhbusları olub. Niyə də olmasın? Sualı ritorik qoyuram. Bir halda ki, konstitusiya və konvensiya ilə təminat altına alınan hüquqlar bu gün təhlükə altındadır. Söz və fikir, mətbuat və məlumat azadlığı, vicdan azadlığı, birləşmək, yığıncaqlar azadlığı bu gün demək olar ki, hörmətsiz bir durumdadır. Belə bir şəkildə əlbəttə ki, siyasi motivli həbslər olub. Çox təəssüf ki, artan xətt üzrə davam edir. Sonuncu hesabata biz baxdıq və 180-dən artıq siyasi məhbus var. Bu da son dövrlər ərzində dindarların, inanclı şəxslərin təqibi zəminində baş verib. Hər halda hesab edirəm ki, Azərbacanda onlarla siyasi məhbus var.

Amerikanın Səsi: Yerlı mətbuatın məlumatlarına görə, son aylarda Azərbaycanda xeyli sayda dindar həbs olunub. Bu şəxslərə əsasən narkotiklə bağlı ittiham verilir. Sizın təşkilat bu işləri monitorinq edirmi, dindarlara verilən narkotik ittihamlara əsaslı sübutlarla təsbit olunurmu?

Rüfət Səfərov: "Müdafiə Xətti" insan haqları təşkilatı Azərbaycanda az saylı hüquq-müdafiə təşkilatlarındandır ki, inanclı şəxslərin təqibini hər gün diqqətdə saxlayır. Mən əvvəlki çıxışlarımda dəfələrlə söyləmişəm. İran İslam Respublikası terroru dəstəkləyən bir dövlət olaraq daim Azərbaycanda casus şəbəkəsi yaratmağa meyilli olub. Bunun üçün müəyyən bir vakuum da olub. Mən istisna eləmirəm ki, güc strukturlarının həyata keçirdiyi əməliyyatların nəticəsi olaraq dövlətə xəyanət edən şəxslər var. Amma bu gün heç bir ictimai təhlükəli əməli olmayan inanclı şəxslər də həbs edilir və bu dəfə casusluqda, dövlətə xəyanətdə yox, növbətçi ittiham üzrə yəni narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Sübutlar ortada yoxdur. Təxmini hesablamalarımıza görə, bu gün Azərbaycanda 400-dən artıq inanclı şəxs həbs edilib. Təkcə Müsəlman Birliyi Hərəkatından 50-yə yaxın şəxs son dövrlərdə təqib altındadır. Eyni zamanda çəkilişlər aparıb, saxlayırlar. İşgəncələr də, pis rəftarlar da olur. Dəfələrlə bunu cəmiyyətə təqdim eləmişik. Çox təəssüf ki, bu gün Azərbaycan cəmiyyəti sanki rəsmi hüquq sistemindən bir az da irəli gedib baş verən ağır repressiv tədbirlərə haqq qazandırır. Ortada qanuni qüvvəyə minmiş məhkəmə qərarları olmadan insanları bəri başdan cinayətkar, casus, dövlətə xəyanət edən şəxs kimi təqdim eləmək təqsirsizlik prezumpsiyası deyilən çox ciddi hüquqi instituta hörmətsizlik əlaməti kimi qiymətləndirilməlidir.

Qeyd: Bu, Rüfət Səfərovun fikirləridir. Azərbaycan hökuməti insan hüquqları ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı ölkədə insanların fundamental hüquq və azadlıqlarının tam təmin edildiyini bildirir. Hüquq mühafizə orqanları işgəncə və qeyri-insani rəftarla bağlı deyilənləri saxlananılan şəxslərin müdafiəsi məqsədi ilə deyildiyini və reallığı əks etdirmədiyini bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2022-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanla bağlı məruzəçi fəaliyyətdədir.

Həmçinin son aylarda 2017-ci ildə Azərbaycan məhkəmələri tərəfindən "Tərtər işi" adlandırlan iş üzrə məhkim edilən çoxsaylı insanlar barədə bəraət verib. Baş Prokurorluğun protestindən sonra ilkin dindirmə zamanı işgəncə nəticəsində öldürülən onadək hərbçiyə bəraət verilib. İndiyədək həbsdə olan çoxsaylı insan zərərçəkən kimi tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG