Azərbaycanın Qarabağda “lokal xaraketerli anti-terror tədbirləri”nə başlamasından sonra erməni icmasının nümayəndələri Rusiyanın vasitəçiliyi ilə atəşkəs və Azərbaycanla danışıqlara başlamaq təklifinə razı olublar. Sentyabrın 21-də Yevlaxda Azərbaycan rəsmiləri ilə Qarabağ regionunun erməni icmasının nümayəndələri arasında görüş keçirilib. Azərbaycan prezidenti İlham Əliyev hərbi əməliyyatların dayandırılmasından sonra çərşənbə günü televiziya ilə xalqa müraciətində qələbə əldə edildiyini bəyan edərək, Azərbaycanın suverenliyini bərpa etdiyini bildirib. ABŞ dövlət katibi Antoni Blinken sentyabın 19-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon danışığı zamanı Qarabağda hərbi əməliyyatları müzakirə edib və tərəfləri dialoqu davam etdirməyə çağırıb. ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkşisi olmuş, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza Amerikanın Səsinə müsahibəd Qarabağda durum, Azərbaycan və Qarabağın erməni icması arasında görüş, Rusiyanın regionda rolu və Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının perspektivləri haqda danışıb.
Metyu Brayza: Paşinyanın da, Əliyevin də sülh istədiyini düşünürəm
ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə keçmiş köməkşisi, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza Amerikanın Səsinə müsahibədə Qarabağda durum, Azərbaycan və Qarabağın erməni icması arasında görüş, Rusiyanın regionda rolu və Azərbaycan-Ermənistan sülh prosesi haqda danışıb.
Mövzuya uyğun
Episodes
-
Oktyabr 11, 2024
Kyivdə Ukrayna Müdafiəçiləri Günü qeyd olundu
-
Oktyabr 10, 2024
ABŞ-da poçtla səsvermə necə işləyir?
-
Oktyabr 10, 2024
İctimai fəal Rail Abbasovun məhkəməsində vəsatətlər təmin olunmayıb