Accessibility links

ABŞ və Almaniya səfirlikləri Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatındakı ittihamları qəbul etmir


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

ABŞ və Almaniyanın Azərbaycandakı səfirlikləri Azərbaycan Xarici İşlər Nazirliyinin “Abzas Media” internet nəşrinin qanunsuz maliyyələşdirilməsi ilə bağlı ittihamlarını qəbul etmir.

Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 28-də ABŞ, Almaniya və Fransanın Azərbaycandakı diplomatik missiyalarının rəhbərlərini nazirliyə dəvət edərək etiraz bildirib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə "Abzas Media" xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, "AbzasMedia"nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.

ABŞ-ın Azərbaycandakı səfirliyi nazirliyin məlumatı ilə bağlı Amerikanın Səsinin sorğusunu cavablandırıb.

“1992-ci ildə ölkələrimiz diplomatik əlaqələr qurandan bəri ABŞ və Azərbaycan qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə şəffaf şəkildə birgə işləyirlər. Bura bizim insanlar arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində birgə gördüyümüz işlər daxildir”, ABŞ səfirliyinin sözçüsü Vanessa Zenjini bildirib.

Almaniya səfirliyi isə nazirliyin məlumatı ilə bağlı Turan agentliynə aşağıdakı məlumatı verib.

"Təəssüf edirik ki, bəzi KİV-lər qeyri-dəqiq məlumat yayıblar. Bu gün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəvəti ilə məsələni nəzərə alan yüksək vəzifəli şəxsə izah etmişik. Almaniya Səfirliyi 3 dekabr 2021-ci il Beynəlxalq Əlillər Günü münasibətilə ''KEKALOVE ADAPTIVE'' tərəfindən təşkil edilən moda nümayişi ilə əlaqədar 1500 Avro maliyyə yardımı da daxil olmaqla, Məhəmməd Kekalov və əlillər üçün sosial öhdəliyini davamlı olaraq dəstəkləmişdir. Ən son bu ilin may ayında Almaniya səfirinin iqamətgahında bu moda nümayişinə dəstək verdik. Biz cənab Kekalova qarşı irəli sürülən ittihamlardan çox narahatıq və onun ədalətli mühakimə olunmasını gözləyirik", Almaniya səfirliyi qeyd edib.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG