Accessibility links

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Tofiq Yaqublunun qızı ilə görüşüb


Peter Mixalko və Nigar Həzi (Mənbə: Sosial şəbəkə)
Peter Mixalko və Nigar Həzi (Mənbə: Sosial şəbəkə)

Yanvarın 4-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi ilə görüşüb.

Nizag Həzi Facebook səhifəsində yazıb ki, görüş çox yaxşı keçib.

“Tofiq Yaqublu və digər siyasi məhbuslar barədə geniş söhbət etdik. Çox yaxşı görüş keçdi. Bütün siyasi məhbuslara azadlıq tələb edirəm”, o, Facebook hesabında yazıb.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Son zamanlar həbs edilən jurnalistlər və siyasi fəallar (Mənbə: Sosial Şəbəkə)
Son zamanlar həbs edilən jurnalistlər və siyasi fəallar (Mənbə: Sosial Şəbəkə)
This image contains sensitive content which some people may find offensive or disturbing - Click to reveal
Son zamanlar həbs edilən jurnalistlər və siyasi fəallar (Mənbə: Sosial Şəbəkə)

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Son dövrdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 16 ictimai-siyasi fəal, o cümlədən 8 jurnalist həbs edilib.

Yerli hüquq müdafiəçiləri isə ölkədə iki yüzdən çox siyasi təqiblərlə həbsəd olan şəxsin olduğunu bildirir.

Öz növbəsində rəsmi Bakı Azərbaycanda insanların iradəsinə görə təqib edilmədiyni, hamının qanun qarşısında bərabər olduğunu bəyan edir.

Forum

XS
SM
MD
LG