Accessibility links

Ermənistan Qarabağda 223 hərbçinin öldürüldüyünü bildirib


Qarabağ erməniləri Ermənistanın Kornidzor kəndində qurulmuş müvəqqəti düşərgəyə yola düşərkən
Qarabağ erməniləri Ermənistanın Kornidzor kəndində qurulmuş müvəqqəti düşərgəyə yola düşərkən

Ötən ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror tədbirləri zamanı Qarabağda ermənilər tərəfdən 223 nəfər hərbçi həyatını itirib.

Ermənistan İstintaq Komitəsinin sədri Argişti Karamyan Ermənistan İctimai televiziyasına müsahibəsində bildirib ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın hərbi əməliyyatı zaman “Artsax Müdafiə Ordusu”nun 223 üzvü, 5-i azyaşlı olmaqla, 25 mülki şəxs həlak olub.

“10-u azyaşlı, 80-ə yaxını mülki şəxs olmaqla, 244 nəfər yaralanıb”, Karamyan qeyd edib.

Onun sözlərinə görə, hazırda 20 nəfər itkin düşmüş hesab olunur, onlardan beşi mülki şəxsdir.

İstintaq Komitəsinin sədrinin iddiasına görə, Dağlıq Qarabağdan Ermənistana deportasiya nəticəsində yaranan psixolji gərginlik nəticəsində yollarda və Ermənistanda 70-ə yaxın ölüm faktı qeydə alınıb.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 23 erməni əsir saxlanılır, lakin 44 günlük müharibədən sonra 32 nəfərin də itkin düşməsi barədə faktiki məlumatlar var.

Karamyan həmçinin Dağlıq Qarabağda benzin anbarında baş verən partlayış nəticəsində 218 nəfərin öldüyünü və 120 nəfərin yaralandığını deyib.

Azərbaycan tərəfi sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları zamanı 192 hərbçisinin və 1 mülki şəxsinin həlak olduğunu, o cümlədən 511 hərbçisinin və 1 mülki şəxsinin yaralandığını açıqlayıb.

Bununla yanaşı, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra Qarabağın erməni sakinlərinin Azərbaycan dövlətinə reinteqrasiyası üçün portal yaradılıb.

“Azərbaycan qürur hissi ilə qeyd edir ki, BMT-nin üç missiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən öz təsdiqini tapdığı kimi ildırımsürətli antiterror tədbirləri zamanı və ondan sonrakı dövrdə mülki şəxslərə qarşı zorakılıq halları qeydə alınmayıb. Azərbaycan hərbi əməliyyatların dinc əhaliyə zərər vurulmadan necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirib”, Hacıyev qeyd edib.

1990-cı illərin əvvəllərində Azərbaycan və Ermənistan arasında toqquşmalar başlayıb. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" həyata keçirib. Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib. 2023-cü il sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra erməni əsilli sakinlər Qarabağdan Ermənistana kütləvi köç edib.

2023-cü il sentyabrın 28-də tanınmayan Dağlıq Qarabağ qurumu buraxıldığını elan edib.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG