Accessibility links

Azərbaycan İsrailə təyyarə reyslərini bərpa edir


AZAL Şirkəti
AZAL Şirkəti

Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edəcək.

Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər.

Mətbuat xidməti bildirib ki, ilkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Aprel ayından etibarən isə AZAL həftədə 9 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında münaqişə başlayandan sonra AZAL İsrailə təyyarə reyslərini ləğv edib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG