Accessibility links

Azərbaycanda keçiriləcək COP29-un Prezidenti ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi ilə görüşüb


Muxtar Babayev və Con Kerri (Mənbə: Sosial Şəbəkə)
Muxtar Babayev və Con Kerri (Mənbə: Sosial Şəbəkə)

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclasının keçirildiyi vaxt, aprelin 18-də ABŞ-nin keçmiş Dövlət katibi Con Kerri ilə görüşüb.

Bu barədə COP-29-un X platformasında məlumat yayılıb.

Bildirilib ki, görüşdə COP29-a hazırlıq, planetin gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin təmin edilməsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Xatırladaq ki, bundan öncə, bu il fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub.

Prezident İlham Əliyev Con Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.

Con Kerri COP29 forumunda iştirak edəcəyini diqqətə çatdırıb.

Forum

XS
SM
MD
LG