Accessibility links

Azərbaycanda nasizm üzərində Qələbə Günü qeyd edilir


Prezident İlham Əliyev və birinci xanın Mehriban Əliyeva Həzi Aslanovun abidəsi önünüdə (Mənbə: Prezident Administrasiyası)
Prezident İlham Əliyev və birinci xanın Mehriban Əliyeva Həzi Aslanovun abidəsi önünüdə (Mənbə: Prezident Administrasiyası)

Mayın 9-da nasizm üzərində qələbədən 79 il ötür. Azərbaycanda 9 May - Qələbə Günü dövlət səviyyəsində qeyd edilir, ölkədə iş günü deyil.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan Azərbaycan övladlarının xatirəsini anıb.

Prezident Əliyev 1941-1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 2000 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul yoldaşlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə mükafatlandırılan şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1000 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.

Əmək və Əhalinin. Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, sərəncam ümumilikdə 2946 şəxsi əhatə edib ki, onlardan 29-u İkinci Dünya müharibəsi iştirakçısı, qalanları sərəncamda qeyd edilən digər kateqoriyalara aid şəxslərdir.

Rəsmi məlumatlara görə, İkinci Dünya Müharibəsində Azərbaycanın 600 min vətəndaşı cəbhədə döyüşüb. Onların 300 mindən çoxu həlak olub. Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.

Müharibə dövründə Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.

Forum

XS
SM
MD
LG