Accessibility links

Azərbaycan Xalq Cümhuriyyətinin 106-cı ildönümü qeyd edilir


28 May Respublika Günü qeyd edilir
28 May Respublika Günü qeyd edilir

Mayın 28-də Azərbaycanda Müstəqillik Günü qeyd edilir. Müsəlman çoxluğa malik ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 106-cı ildönümüdür.

Müstəqillik Günü dövlət bayramları sırasına daxildir, ölkədə iş günü deyil. Bu gün ümumxalq səviyyəsində qeyd edilir. Çoxsaylı insanlar, siyasi partiya təmsilçiləri Bakıın Novxanı kəndində respublikanın qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edir, bayram toplantıları keçirir.

1917-ci ildə Rusiyada baş verən Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə bu ölkədə xalqların milli hərəkatı başlayıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət elan edilib. İstiqlal Bəyannaməsi qəbul edilib.

İstiqlal bəyannaməsi
İstiqlal bəyannaməsi

Sənəddə Azərbaycanda demokratik parlament respublikasının yaradıldığı elan edilib. Bəyannamədə qeyd edilir ki, Azərbaycan xalqları suveren hüquq daşıyıcılarıdır və Azərbaycan tamhüquqlu müstəqil dövlət elan olunur.

Azərbaycan Milli Şurası 18 gün ərzində Tbilisidə fəaliyyət göstərib, sonradan Gəncəyə köçüb. Həmin vaxt Bakı şəhəri Bakı kommunasının nəzarəti altında idi. AXC hökuməti yalnız 1918-ci ilin sentyabrında Qafqaz Türk İslam Ordusunun paytaxtı Bakı komissarlarını əvəz edən eser-menşevik "Mərkəzi Kaspi Diktaturası" hökumətindən azad etməsindən sonra Bakıya köçüb.

AXC-də milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqları təmin edilib. Müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququ tanınıb.

AXC Versal Sülh Konfransında beynəlxalq səviyyədə tanınıb. Mövcud olduğu 23 ay ərzində AXC bir sıra qanunlar qəbul edib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirib, Azərbaycanda ilk universitet yaradılıb.

Azərbaycan Xalq Cünhuriyyəti 1920-ci il aprelin 28-də Qırmızı Ordunun işğalı nəticəsində süquta uğrayıb. Azərbaycan ittifaq dövləti kimi SSRİ-nin tərkibinə daxil olub.

1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən müstəqillik əldə edib və özünü AXC-nin varisi elan edib.

Forum

XS
SM
MD
LG