Accessibility links

Azərbaycan və İran Araz su anbarının bölgüsünü müəyyənləşdirib


Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyası (Mənbə: Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyi)
Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyası (Mənbə: Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyi)

Mayın 29-da Təbriz şəhərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 53-cü görüşü keçirilib.

Bu barədə Azərbaycan Dövlət Su Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, görüşdə Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və protokol imzalanıb.

Şahin Mustafayev və Mehrdad Bəzrpaş (Mənbə: Nazirlər Kabineti)
Şahin Mustafayev və Mehrdad Bəzrpaş (Mənbə: Nazirlər Kabineti)

Bu arada Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı tərəflər iki ölkə prezidentlərinin “Qız Qalası” bəndində keçirilən görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Mayın 19-da Azərbaycan-İran sərhəddində, Araz çayı üzərində tikilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan və İran prezidentləri iştirak edib.

“Xudafərin” hidroqovşağının su tutumu 1,612 milyon kubmetr, “Qız qalası” hidroqovşağının su tutumu 56.75 milyon kubmetrdir.

Rəsmi məlumatlara görə, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsində illik 358 milyon kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək.

Layihə həmçinin İran ərazisində təxminən 70 min hektar kənd təsərrüfatı sahəsini su ilə təmin edəcək.

Elektrik stansiyalarının tikintisi hələ də davam etdirilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG