Accessibility links

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri strateji tərəfdaşlığın perspektivlərini müzakirə edib


Ceyhun Bayramov və İliya Darçiaşvili (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və İliya Darçiaşvili (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, iyunun 27-də səfər çərçivəsində Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlər keçirir.

Azərbaycan Xarici İşlər Nazirliyi X platformasında bildirir ki, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Ceyhun Bayramov və İliya Darçiaşvilinin geniş tərkibdə görüşündə Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar aspektləri müzakirə edilib.

Xarici işlər nazirləri həmçinin müxtəlif regional və beynəlxalq formatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi təşəbbüsləri ətrafında fikir mübadiləsi aparıb.

İki ölkə xarici işlər nazirlərinin danışıqlarında COP29 konfransı çərçivəsində əməkdaşlıqla yanaşı, münaqişədən sonra regional sülh və yenidənqurma səyləri gündəlikdə olub.

Ceyhun Bayramov və İliya Darçiaşvili (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və İliya Darçiaşvili (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

İliya Darçiaşvili isə X platformasında yazıb ki, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq unikal xarakter daşıyır.

“Biz əlaqələri bundan sonra da gücləndirməyə və əməkdaşlığın gələcək inkişafı üçün bütün imkanları araşdırmağa hazırıq”, o qeyd edib.

Forum

XS
SM
MD
LG