Accessibility links

TRACECA və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı əməkdaşlıq memorandumu imzalayıb


TRACECA və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı əməkdaşlıq memorandumu imzalayıb (Mənbə: TRACECA)
TRACECA və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı əməkdaşlıq memorandumu imzalayıb (Mənbə: TRACECA)

İyunun 20-də Varşavada TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi (PS IGC TRACECA) və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu barədə TRACECA məlumat yayıb.

OSJD Komitəsinin sədri Miroslav Antonoviç bildirib ki, E-CIM/SMGS (yük daşımalarının ümumi elektron qaiməsi) yük qaiməsinin prototipinin hazırlanması başa çatıb və bu il iyunun 3-dən 7-dək dəmir yolu daşıyıcıları arasında elektron yük qaiməsinin mübadiləsinin ilk virtual sınaqdan keçirilməsi həyata keçirilib.

“Hesab edirəm ki, birgə səylər nəticəsində biz yaxın gələcəkdə iştirakçı ölkələrimizin xeyrinə ölkələri rəqəmsal daşımalara yaxınlaşdıracağıq, şübhəsiz ki, bu iş yüklərin daşınması və sərhədi keçmə vaxtının azaldılmasına əhəmiyyətli töhfə verəcək, çünki bu, yük qaiməsinin doldurulmasına ehtiyacı aradan qaldırır”, o qeyd edib.

Şərq-Qərb (Orta Dəhliz) Dəhlizi (Mənbə: TRACECA)
Şərq-Qərb (Orta Dəhliz) Dəhlizi (Mənbə: TRACECA)

OSJD - Dəmir Yolları Əməkdaşlıq Təşkilatı 28 iyun 1956-cı ildə Bolqarıstanın Sofiya şəhərində Dəmir Yolu Nazirləri Konfransının Sesiyasında yaradılmış beynəlxalq təşkilatdır. 2023-cü ilin iyun ayına olan məlumata görə, OSJD Avropa və Asiyanın 30 ölkəsini birləşdirir, 4 dəmir yolu şirkəti müşahidəçi statusuna malikdir və dəmir yolu fəaliyyətində birbaşa iştirak edən 36 şirkət və təşkilat OSJD-nin törəmə müəssisəsi statusuna malikdir.

IGC TRACECA-nın Daimi Katibliyi Şərq-Qərb , Lapis Lazuli (Qara dəniz-Azərbaycan-Xəzər dənizi-Özbəkistan-Çin), Şimal-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərini əhatə edir.

Lapis-Lazuli (Qara dəniz-Azərbaycan-Xəzər dənizi-Özbəkistan-Çin) dəhlizi (Mənbə: TRACECA)
Lapis-Lazuli (Qara dəniz-Azərbaycan-Xəzər dənizi-Özbəkistan-Çin) dəhlizi (Mənbə: TRACECA)

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

TRACECA-nin məlumatına görə, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Son 15 ildə ölkədə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük dövlət investisiyaları yatırılıb.

“Xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində avtomobil və dəmir yollarının beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb regionunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində, eləcə də ölkənin tranzit potensialının daha da gücləndirilməsində mühüm rol oynayıb".

Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur və tranzit və yükdaşıma baxımından səmərəlidir.

"5400 kilometr uzunluğunda olan Şərq-Qərb nəqliyyat dəhlizi boyunca orta tranzit müddəti 15 gündür. Bu istiqamətdə Azərbaycanın investisiyası ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib və bu dəhlizin quru yolu ilə birbaşa Avropaya çatmasına imkan vermişdir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə konteyner daşımalarının əhəmiyyətli dərəcədə artmasına nail olunub”.

Qərb-Cənub dəhlizi (Mənbə: TRACECA)
Qərb-Cənub dəhlizi (Mənbə: TRACECA)

TRACECA bildirir ki, Azərbaycan alternativ dəhlizlərdən üstünlüyə malik olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində də mühüm işlər görüb.

Bu nəqliyyat dəhlizinin mühüm həlqəsi olan Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, o cümlədən Azərbaycan-İran sərhədində dəmir yolu stansiyalarının birləşdirilməsi Azərbaycan tərəfindən yüksək sürətlə həyata keçirilir.

Şimal-Cənub dəhlizi (Mənbə: TRACECA)
Şimal-Cənub dəhlizi (Mənbə: TRACECA)

“Hazırda İranda 1,4 kilometr dəmir yolu xəttinin tikintisi, eləcə də Astarada (İran) yük terminalının tikintisi başa çatıb. Yükləmə terminalının quru yük terminalı artıq istifadəyə verilib.

Azərbaycanda İranla sərhədə 8,3 kilometr uzunluğunda dəmir yolu xətti çəkilir. Azərbaycan Dəmir Yolları İranın Astara şəhərində tikilməkdə olan 35 hektarlıq yük terminalının 25 il müddətinə əsas podratçısı və icarəçisidir. Dəmir yolu xəttinin Azərbaycan sərhədindən terminala qədər olan 1,4 kilometr uzunluğunda olan hissəsi “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 15 il müddətinə icarəyə götürülüb. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu hissəsi istifadəyə verilib. Rəşt-Astara dəmir yolunun yeganə çatışmayan hissəsi tamamlanma mərhələsindədir ki, üzərində işlər 90%-i tamamlanıb.

Bu layihə həyata keçirildikdən sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yükdaşımalar daha səmərəli olacaq, Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən infrastrukturu tam təmin olunacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi yük və sərnişin daşımalarını əhəmiyyətli dərəcədə artırmağa imkan verən böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir”, məlumatda qeyd edilir.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG