Accessibility links

Fransada hücuma məruz qalan siyasi mühacir Vidadi İsgəndərli vəfat edib


Vidadi İsgəndərli
Vidadi İsgəndərli

Fransanın Myuluz şəhərində sentyabrın 29-da silahlı hücuma məruz qalan siyasi mühacir Vidadi İsgəndərli oktyabrın 1-də bu şəhərin hospitalında vəfat edib.

Bu barədə onun qardaşı Oqtay İsgəndərli Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, həkimlər oktyabrın 1-də Paris vaxtı ilə səhər saat 5-də ailəsini Vidadi İsgəndərli ilə vidalaşmaq üçün dəvət edib.

“Ailə üzvləri bir neçə saat onunla birgə qaldı. Vidadi Paris vaxtı ilə saat 10-a işləmiş vəfat etdi”, o qeyd edib.

Oqtay İsgəndərli hospitalda bir neçə gün ərzində ekspertiza keçiriləcəyini bildirib.

“Ekspertizanın rəyi tam hazır olduqdan sonra onun nəşini dəfn olunması ailəsinə təhvil verəcəklər”, o qeyd edib.

Oqtay İsgəndərli hesab edir ki, qardaşının ölümü vətənini sevən hər bir şəxs üçün faciədir.

“Bu təkcə bizim ailənin faciəsi deyil. Vətənini, xalqını sevən hər bir insan üçün bu acı xəbərdir və faciədir. Vidadi Azərbaycan xalqının azadlığı uğrunda şəhid oldu”, o qeyd edib.

Oqtay İsgəndərli: Qardaşım azadlıq uğrunda şəhid oldu
please wait

No media source currently available

0:00 0:03:51 0:00

Siyasi mühacir Vidadi İsgəndərli sentyabrın 29-da Fransanın Myuluz şəhərində naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər İgəndərliyə 24 bıçaq zərbəsi endirib.

Fransa polisi Vidadi İsgəndərlinin fiziki hücuma məruaz qalması ilə bağlı hələ açıqlama verməyib.

Vidaqdin İsgəndərli 2022-ci il iyunun 16-da da Fransada həmin şəhərdə fiziki hücuma məruz qalmışdı. O, qəfildən 10-12 nəfər silahlanmış şəxsin onu öldürməyə cəhd etdiyini bildirmişdi. O zaman polis müəyyən etmişdi ki, bu, yerli kriminal qrupların işidir.

İsgəndərli sifarişin Azərbaycan hakimiyyətindən gəldiyini hesab etdiyini bildirmişdi.

Vidadi İsgəndərli sosial şəbəkələrdə hakimiyyətin ünvanına sərt və emosional tənqidləri ilə tanınır.

Vidadi İsgəndərli 2011-ci ildə Bakıda saxlanılıb. Məhkəmə onu döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə ittihamı üzrə təqsirli bilərək 3,5 il azadlıqdan məhrum edib. O, 2012-ci ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Hüquq müdafiəçisi hökmü qəbul etməyib və siyasi sifariş hesab edib.

İsgəndərli 2015-ci ildə Fransaya mühacirət edib.

Forum

XS
SM
MD
LG