Accessibility links

Buş ailəsi terror qurbanlarının ailələri ilə görüşüb


Sentyabrın 11-i hadisələrinin beşinci ildönümündə prezident Buş və birinci xanım Lora Buş hadisə qurbanlarının ailə üzvlərinin dərdinə şərik olaraq, anım mərasimlərində iştirak ediblər.

Prezident və onun xanımı ilk təyyarə Dünya Ticarət mərkəzinin binasına dəyən anı bir dəqiqəlik sükütla qeyd etmiş, bir zaman binaların durduğu yerə əklil qoymuşlar. Corc və Lora Buş bundan sonra Pensilvaniya ştatında 2001-ci ildə sentyabrın 11-i qaçırılmış daha bir təyyarənin düşdüyü yerdə keçirilmiş anım mərasimində iştirak etmişlər.

Bundan öncə NBC teleşirkətinə müsahibə vermiş prezident Buş Amerikanın soyuq müharibəyə bənzər ideoloji müharibə apardığını və əsas vəzifənin amerikalıları qorumaqdan ibarət olduğunu demişdir.

XS
SM
MD
LG