Bu gün 11 senytabr ABŞ-da terror hücümlarının 5 ili tamam olur. ABŞ-ın Azərbaycandakı səfirliyində terror qurbanlarının anım məraisimi keçirilib.
Mərasimdə Azərbaycan hökumətinin təmsilçiləri, nazirlər, deputatlar, diplomatik missiyaların rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edib. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi bildirib ki terrorçular sentyabrın 11-də sivilizasiyaları qarşı-qarşıya qoymaq üçün ədalətli və sülhsevər bir dindən istifadə etməkə ABŞ-a və dünyaya zərbə vuracaqlarını ümid edirdirdilər. Ancaq, əksinə, dünyanın mütərəqqi qüvvələri səylərini birləşdirərək terroru məğlub etdi. Xanım Dörsinin sözlərinə görə, Azərbaycan terrora qarşı mübarizəni dəstəkləyən birinci ölkələrdəndir.
Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov hesab edir ki, dünya dövlətləri terorra qarşı mübarizədə sözdə yox, əməldə bir olmalıdır. Onun fikrincə, yalnız bu halda terrora qarşı səmərəli mübarizə mümkündür. Cənab Əsgərov bütün ölkələri terrora qarşı səylərini daha sıx birləşdirməyə çağırıb.
BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Marko Borssoti hesab edir ki, 11 sentyabr terror hücumları təkcə bir ölkəyə, bir şəhərə qarşı deyil, dünyada sülhə, dözümlülüyə, insan hüquq və azadlıqlarına qarşı yönəlmişdi. O bütün insanların terrorizmə qarşı birgə mübarizəsinin vacibliyini önə çəkib. «Gəlin bu təhlükəyə insanpərvərliyimizi və bölüşdüyümüz ümumi dəyərləri birləşdirməklə cavab verək. Bu təhlükəyə ölkələr arasında əlaqələri gücləndirməklə, onları yeni gərginliklərlə qarşı-qarşıya qoymadan, beynəlxalq sülh və təhlükəsizliyə zəmin yaratmaqla cavab verək».
Borsotti BMT-nin Baş katibi Kofi Annanın terrorizmə qarşı mübarizə kampaniyasına başlamağın lazımlılığı bəyanatını da yada salıb. «Bu bəyanat özünbə beş mühüm elementi daşıyır. Mənfi qrupları terrorizmi mübarizə taktikası seçməkdən çəkindirmək, terroristləri istifadə etdikləri vasitələrdən, xüsusən kütləvi qırğın silahlarından məhrum etmək, dövlətləri terrorizmi dəstəkləməkdən çəkindirmək, terroizmin qarşısını almaq üçün dövlətlərin potensialını inkişaf etdirmək və insan hüquqlarını müdaftiə etmək».
Tam reportaja və Bakılıların 11 sentyabr hadisələri barədə fikirlərinə qulaq asmaq istəyirsinizsə, reportajı audio-formatda dinləyin