Accessibility links

Əl Qaidə yeni hədəflərini elan edib


Sentyabrın 11-i hadisələrini beişnci ildönümü tamam olan vaxt Əl-Cəzirə teleşirkəti Əl-Qaidənin yeni videolentini yayımlayıb. Videolentdə Əl-Qaidədə ikinci şəxs olan Ayman əl-Zəvahiri İsrail və Körfəzdəki ərəb ölkələrinə xəbərdarlıq edərək, onların növbəti hədəf olacağını bildirir.

Bundan öncə islamçılara məxsus vebsaytda Bin Ladenin indiyə qədər nümayiş etdirilməmiş görüntüləri yerləşdirilib. 55 dəqiqəlik bu video yazıda Bin Ladenin Əl-Qaidənin təlim düşərgəsinin yerləşdiyi ehtimal olunan yerdə Nyu York və Vaşintona hücumları komandirlərlə müzakirə etdiyi göstərilir. Bundan sonra 2 saat yarım sürən video lentdə sentyabrın 11-i iki təyyarə qaçıran Vail əl-Şehri və Həmzə əl-Qəmdi hücumlardan öncə bəyanatlını oxuyurlar.

Əl-Şəhri Dünya Ticarət mərkəzinin birinci binasına dəyən Amerika Hava yollarının 11 nömrəli uçuşu icra edən təyyarəsində, əl-Qəmdi isə ikinci binaya dəyən 175 nömrəli uçuşu icra edən təyyarədə idi.

XS
SM
MD
LG