Accessibility links

Rusiyada 11 sentyabr qurbanlarının xatirəsi yad edilib


Bu gün Moskvada xarici ölkələrin səfirləri, eləcə də ABŞ və Rusiya vətəndaşları 5 il bundan əvvəl Nyu Yorkada, Vaşınqtonda və Pensilvaniyada baş vermiş terror hücumlarının minlərlə qurbanlarını yad etmişlər.

Sentyabrın 11-i Birləşmiş Ştatlara edilən terror hücumlarının minlərlə qurbanlarının xatirəsinə pravoslav musiqisi səsləndi və kilsə zəngləri çalındı.

Amerikanın Rusiyadakı səfiri Villiam Börns yığıncaqda etdiyi çıxışında, beş il bundan əvvəl baş vermiş sentyabrın 11-i və iki il bundan əvvəl Rusiyanın Beslan şəhərindəki məktəbdə baş vermiş faciələr terrorizmin dünyada təhlükə olduğunu dedi.

Rusiya prezidenti Vladimir Putin prezident Buşa Sentyabrın 11-i hadisələri zamanı başsağlığı verən ilk dünya liderlərindən oldu və çox keçmədi ki, cənab Putin terrorrizmə qarşı qlobal mübarizə tərəfdarlarına qoşulmasına baxmayaraq, son illər fəaliyyəti zəifləyib.

Qeyd edək ki, Beynəlxalq İnsan Hüquqları Qrupu Rusiyanı terrorizmlə qlobal mübarizə adı altında Çeçenistan müsəlmanlara təzyiqləri davam etməkdə günahlandırır. Rusiya isə bu ittihamları rədd edir.

Keçən həftə Rusiyanın Terrorizmlə Beynəlxalq mübarizə qrupuna daxil olan səlahiyyətli nümayəndəsi Anatoliy Safanov hücumlardan bir neçə il sonra Birləşmiş Ştatların xarici əlaqələrədə səhvlərə yol verdiyini deyib.

XS
SM
MD
LG