Accessibility links

ABŞ və Kuba arasında tarixi danışıqlar başlayıb


Birləşmiş Ştatlar və Kuba soyuq müharibə dövründən başlayaraq 50 ildən artıq sürən düşmənçiliyə son qoymaq məqsədilə Havanada iki gün sürəcək tarixi danışıqlara başlayıb.

Danışıqlar ABŞ prezidenti Barak Obama və Kuba prezidenti Raul Kastronun iki ölkənin normal diplomatik münasibətlərin bərpasına hazır olduğunu elan etməsindən bir ay sonra keçirilir.

Danışıqların birinci günü mühacirət məsələləri, xüsusilə də Vaşinqtonun uzun müddətdir Amerikaya gələn kubalıların Birləşmiş Ştatlarda qalmasına icazə verdiyi siyasəti diqqət mərkəzində olacaq.

Cümə axşamı danışıqların ikinci günü isə diplomatik münasibətlərin bərpası istiqamətində atılacaq addımlar, o cümlədən, hər iki ölkənin paytaxtında ABŞ və Kuba səfirliklərinin açılması müzakirə ediləcək.

Danışıqlar zamanı ABŞ-ın 1961-ci ildə Kubaya qarşı tətbiq etdiyi iqtisadi embarqo və Vaşinqtonun Kubanı terrorizmi dəstəkləyən dövlət kimi tanıması da müzakirələr zamanı yer alacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Rusiya Odessaya raket zərbəsi endirib, ən azı 20 nəfər həyatını itirib
please wait

No media source currently available

0:00 0:10:27 0:00
XS
SM
MD
LG