Accessibility links

Ağ Ev: Parisə yüksək səviyyəli rəsmi göndərməli idik


Rəsmi Vaşinqton keçən həftə Parisdə terror hücumlarından sonra Fransada həmrəylik yürüşünə yüksək səviyyəli rəsmi nümayəndənin göndərilməməklə səhvə yol verildiyini etiraf edib.

Ağ Evin sözçüsü Coş Ernest mətbuat konfransında deyib ki, yürüşdə iştirak etmək üçün daha yüksək səviyyəli nümayəndə göndərilməli idi. Onun sözlərinə görə, Vaşinqtonun bunu etməməsini təhlükəsizlik səbəblərilə izah edib.

Birləşmiş Ştatların Fransadakı səfiri Ceyn Hartli və Dövlət Departamentinin Avropa üzrə nümayəndəsi Viktoriya Nuland Parisdə bazar günü keçən yürüşdə iştirak edən ən yüksək səviyyli ABŞ rəsmiləri olublar.

Ağ Evin açıqlamasından öncə ABŞ Dövlət katibi Con Kerri yüksək səviyyli nümayəndənin Parisə göndərilməməsilə bağlı tənqidlərə cavab verərək, ABŞ administrasiyasının hazırkı durumda mövqeyini müdafiə edib.

XS
SM
MD
LG