Accessibility links

Kerri Fransada yürüşdə iştirak etmədiyinə görə tənqidlərə cavab verib


ABŞ Dövlət katibi Con Kerri keçən həftə Parisdə terror hücumlarından sonra Fransada birlik yürüşündə nə özünün, nə də başqa yüksək səviyyəli rəsmisinin iştirak etməməsilə bağlı tənqidləri rədd edib.

ABŞ-ın bəzi media qurumları dünyanın 40-dan çox liderinin iştirak etdiyi yürüşə Amerikanın yüksək səviyyəli nümayəndə heyətinin göndərilməməsilə bağlı suallar qaldırıb.

ABŞ-ın Fransadakı səfiri və Dövlət Departamentinin Avropa üzrə nümayəndəsi Viktoriya Nuland Birləşmiş Ştatların yürüşdə iştirak edən yüksək səviyyəli nümayəndələri olub.

Hindistanda səfərdə olan Con Kerri müxbirlərlə söhbətində tənqidlərə cavab verərək, Obama administrasiyasının hazırkı durumda fəaliyyətini müdafiə edib.

Con Kerri ABŞ-ın məsələ ilə yaxından məşğul olduğunu və hücumun baş verdiyi vaxtdan Fransa ilə kəşfiyyat məlumatlarının bölüşdürülyünü əlavə edib

XS
SM
MD
LG