Accessibility links

Əlirza Abdullahi: GAMOH etirazlara qatılmır, amma mənəvi dəstək verir [Audio-Müsahibə]


Əlirza Abdullahi idarə heyəti üzvü olduğu Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının İranda cərəyan edən kütləvi etirazları mənəvi olaraq dəstəkləməyə, amma nümayişlərə qatılmamağa dair qərarı aldığını bildirir. Milli fəal Amerikanın Səsinə müsahibədə GAMOH-un bu mövzuda güneyin digər siyasi təşkilatlarından fərqli bir mövqe tutduğunu ifadə edir.

Əlirza Abdullahi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Əlirza Abdullahi deyir, “biz zülmə qarşıyıq. İranda istibdad var və biz də bu hakimiyyətə qarşıyıq. Amma bu hərəkatın sonu Güney Azərbaycana xeyir verən bir hərəkat deyil. Biz rəsmi olaraq qatılmayacağımızı elan etdik.”

İran Azərbaycanı ilə əlaqədar mühacirətdə fəaliyyət göstərən siyasi təşkilatların əksəriyyəti birgə və ya tək bəyanatlar yayımlayaraq, güney əhalisini öz şüarları ilə kütləvi etirazlara qatılmağa dəvət ediblər.

İran Azərbaycanının bir neçə bölgəsində, habelə əhalisinin böyük kəsiminin türk olduğu bəzi digər şəhərlərdə, əhali küçələrə çıxsa da, Təbrizdə nümayişlər baş verməyib.

Marağa, Şərqi Azərbaycan vilayəti - 31 dekabr 2017
Marağa, Şərqi Azərbaycan vilayəti - 31 dekabr 2017

Buna baxmayaraq, rəsmilərin mətbuata verdiyi məlumata görə, Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Xoy, Əbhər, Xürrəmdərə, Marağa, Qəzvin, Takistan və Həmədan kimi şəhərlərdə onlarla vətəndaş nəzarət altına alınıb. Qeyri-rəsmi mənbələr isə Təbrizdə etirazları önləmək üçün 90 vətəndaşın tutulduğunu bildirir.

Biz fiziki olaraq küçəyə çıxmayacayıq amma deyirik ki, biz o zülmü bilirik və sizi mənəvi olaraq dəstəkləyirik. Siz zülmə qarşısınız və doğrusunuz...
Əlirza Abdullahi

Abdullahi GAMOH-un qatılmamağa dair qərar alan tək təşkilat olduğunu önə çəkir. Amma onun dediklərinə görə, mənsub olduğu təşkilat etirazların haqlı və zülmə qarşı olduğunu təsdiq edir.

“Bir tərəfdə zalim bir hakimiyyət, digər tərəfdə millət var və millətin o hakimiyyətə qarşı səsi var. Biz fiziki olaraq küçəyə çıxmayacayıq, amma deyirik ki, biz o zülmü bilirik və sizi mənəvi olaraq dəstəkləyirik. Siz zülmə qarşısınız və doğrusunuz,” deyə milli fəal dilə gətirir.

O, əlavə edir, “Təbriz və Azərbaycan eləcə də, onun siyasi təşkilatları və altivistləri bir məsələyə qatılırsa, onun ağırlığı qədər və onun dəyəri qədər də cavab almalıdırlar... Millətimiz özünü tamamilə mərkəzdən ayırıb və bilir ki, mərkəzin xeyrinə olan şey mümkündür bizə zərər verə. Bizim yollarımızın sonu bir olmaya bilər.”

XS
SM
MD
LG