Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Anar Məmmədli ilə bağlı bəyanatlara cavab verib


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

“Belə çağırışların edilməsi ilk növbədə Azərbaycanın suverenliyinə hörmətsizlik əlaməti olaraq, tamamilə qəbuledilməz və əsassız hesab olunur və şantaj kimi qiymətləndirilir, deyə XİN-nin sözçüsü bildirib

“Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Azərbaycanda qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və onun işinə müdaxilənin qəbuledilməzliyi və bütün vətəndaşların qanun qarşısında bərabərliyi tam şəkildə təmin olunub”.

Bunu APA agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin həbsi ilə əlaqədar səsləndirilmiş bəyanatlara münasibət bildirərkən deyib.

“Məhkəmə hakimiyyətinin işinə və istintaqın gedişinə müdaxilə xarakterli bəyanatların səsləndirilməsi, cinayət işinin mahiyyətinin siyasiləşdirilməsi və siyasi fəaliyyətlə cinayət tərkibli əməllərin eyniləşdirilməsi yönümlü addımların atılması və məhkəmə orqanları tərəfindən fərqli qərarlar qəbul edilməsinə dair çağırışların edilməsi ilk növbədə Azərbaycan Respublikasının suverenliyinə hörmətsizlik əlaməti olaraq, tamamilə qəbuledilməz və əsassız hesab olunur və şantaj kimi qiymətləndirilir”, - E. Abdullayev bildirib.

Azərbaycan XİN-in sözçüsü xatırladıb ki, hüquqi qeydiyyatı olmayan SMDTM-in həmtəsisçisi və sədri Anar Məmmədli tərəfindən, Azərbaycan Baş Prokurorluğunun 20 dekabr 2013-cü il tarixli bəyanatında qeyd olunduğu kimi, Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsində əsaslı şübhələr olduğundan, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib: “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq sözügedən cinayət işinin məhkəmə-hüquq müstəvisində obyektiv məntiqi sonluğa çatdırılması təmin olunacaq”. E.Abdullayev hamını istintaq işinin yekunlaşdırılmasını və məhkəmə qərarının nəticələrini gözləməyə çağırıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Anar Məmmədlinin həbsi ilə bağlı bəyanatla çıxış edib və onun dərhal azadlığa buraxılmasına çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG