Accessibility links

AXCP-nin mərkəzi qərargahı tam sökülüb


California.
California.

Binanın zirzəmisində martın 3-də partlayış olub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mərkəzi qərargahının yerləşdiyi Tələt Şıxəliyev küçəsi 8 ünvanında yerləşən bina martın 6-na keçən gecə bütövlükdə sökülüb. Bu ünvanda yerləşən digər ailələr də köçürülüb.

AXCP qərargahı sökülüb
AXCP qərargahı sökülüb
AXCP qərargahının yerləşdiyi binanın zirzəmisində martın 3-də partlayış olub. AXCP partlayışın qəsdən törədildiyini bildirib. Evin sahibi, Türkiyədə yaşayan Azər Əsgərov partlayışın rəsmi şəxslər tərəfindən törədildiyini deyib. Onun sözlərinə görə, AXCP-nin binadan çıxarılması ilə bağlı ona təzyiqlər edilib və evinin partladılacağı ilə hədələnib.

Öz növbəsində Fövqəladə Hallar Nazirliyin rəsmi məlumatında deyilir ki, zirzəmidə qaz balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz avadanlıqlarından düzgün istismar edilməməsi nəticəsində baş verməsinə xarakterikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG