Accessibility links

Suriya düşərgələrində saxlanılan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib


Suriya (Arxiv foto, mənbə VOA)
Suriya (Arxiv foto, mənbə VOA)

Noyabrın 24-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 16 nəfər Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, 13 nəfəri uşaq və 3 nəfəri qadın olan repatriantların ölkəyə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutub.

“Onların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edildikdən sonra Türkiyə ərazisindən tranzit keçidinə nail olunub.”

Nazirlik bildirir ki, bu günədək İraq və Suriyadan 380 uşaq və 29 qadın olmaqla cəmi 409 nəfər vətəndaşın Azərbaycana repatriasiyası həyata keçirilib.

2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

XS
SM
MD
LG