Accessibility links

Babək Bəxtavər: İranda qadınlar həbsi gözə alaraq mədəni haqlarını tələb edir [Audio-Müsahibə]


Babək Bəxtavərin sözlərinə görə, İran hakimiyyətinin illərdir ictimai və iqtisadi tələblərə etina etmədiyini, habelə islahatçı qrupların verdiyi vədləri yerinə yetirmədiyini görən toplum artıq həbs və digər təhlükələri də gözə alaraq küçə etirazları vasitəsilə tələblərini səsləndirir.

Babək Bəxtavər İranda ictimai müqaviməti şərh edir
please wait

No media source currently available

0:00 0:14:43 0:00

İngiltərədə yaşayan türk fəal Amerikanın Səsi ilə söhbətdə İranda yoxsul siniflər və qadınların mücadiləsini şərh etməklə yanaşı, Azərbaycan Milli Hərəkatına mənsub təşkilatların bu mücadiləyə baxışını dəyərləndirib.

İnternetin gəlməsi, medianın çoxalması, qadınlar arasında elm və düşüncənin inkişaf etməsi həmçinin bunlarla bərabər nəslin də dəyişməsi fərqli mədəni tələblərin ortaya çıxmasına yol verib.

“Artıq İslam İnqilabı dönəmi deyil. İnternetin gəlməsi, medianın çoxalması, qadınlar arasında elm və düşüncənin inkişaf etməsi, həmçinin bunlarla bərabər nəslin də dəyişməsi fərqli mədəni tələblərin ortaya çıxmasına yol verib. Bu da hakimiyyət ilə qadınlar arasındakı ziddiyyətin çoxalmasına səbəb olub,” Babək Bəxtavər deyir.

İran toplumunda iqtisasi, ictimai və siyasi böhranların yaşandığını önə çəkən Bəxtavər Həsən Ruhaninin verdiyi vədlərin də boşa çıxığını vurğulayır:

“Həsən Ruhani gələndən sonra ümidlər yaranmışdı ki, bəzi ictimai azadlıqlar topluma geri veriləcək və nüvə razılığı nəticəsində iqtisadi durum düzələcək. Mən hələ siyasi azadlıqlar məsələsini bir kənara qoyuram... Amma ictimai və iqtisadi baxımdan da yaxşılaşma olmayıb, əksinə sıxıntılar bir az da çoxalıb.”

Bəxtavər hesab edir ki, problemlərin sərtləşməsi insanları o dərəcədə bezdirib ki, artıq çoxları zindana düşmək və başqa təhlükələri gözə alaraq küçəyə çıxmaqdan çəkinmir.

Bunlar ciddi məsələlərdir. Azərbaycan adına fəaliyyət göstərən təşkilatların bunlara diqqət yetirməsi lazimdir.

Babək Bəxtavər Azərbaycan Milli Hərəkatına mənsub təşkilatların bu məsələlərə lazimi diqqət yetirmədiyini qeyd edib.

“Mən Azərbaycan Milli Hərəkatı çərçivəsində fəaliyyət göstərən təşkilatlardan gərək olduğu qədər reaksiya görmədim. Əlbəttə, fərdlər arasında gördüm ki, istər qadınların hərəkatı, istər iqtisadi etirazlara dəstək bildirənlər var. Bunlar ciddi məsələlərdir. Azərbaycan adından fəaliyyət göstərən təşkilatların bunlara diqqət yetirməsi lazımdır,” deyə o qeyd edir.

XS
SM
MD
LG